Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
 “Rusiyanın yeganə düzgün yolu, təslim olmaq və geri çəkilməkdir”
 “Rusiyanın yeganə düzgün yolu, təslim olmaq və geri çəkilməkdir”

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Rusiya Federasiyasında ukraynalıları və rusları xilas etməyin yeganə düzgün yolu “təslim olmaq və geri çəkilməkdir”.

Bizimyol.info xəbər verir ki, Serhiy Kislitsa çıxışı zamanı bildirib ki, 2014-cü ildə Ukraynaya qarşı təcavüzə başlamaqla, 2022-ci ilin fevralında Ukraynaya təcavüz etməklə Rusiya demək olar ki, bütün fundamental beynəlxalq sənədlərin, o cümlədən ikitərəfli və çoxtərəfli sazişlərin, Helsinki Yekun Aktının və ilk növbədə BMT-nin norma və prinsiplərini pozub.

"Rusiyadan başqa bu salonda olan heç bir dövlət Şuranın BMT Nizamnaməsində nəzərdə tutulmuş funksiyalarını səmərəli şəkildə yerinə yetirməməsinə görə məsuliyyət daşımır. Yalnız Rusiyanın Sovet İttifaqının daimi kürsüsündə olması Təhlükəsizlik Şurasını sülhü təmin etmək üçün hərəkətsizləşdirib.

Biz özümüzü, Avropanı, dünyanı və BMT Nizamnaməsini müdafiə edirik və Krım da daxil olmaqla Ukraynanın suveren ərazisinin son qarışı da azad edilənə qədər mübarizə aparacağıq.

Ukrayna xalqı Rusiya əsgərləri məğlub olana qədər işğalçılarla mübarizə aparacaq. Putinin əsgərlərinin həyatını xilas etmək üçün edə biləcəyi yeganə şey onlara dərhal geri çəkilməyi əmr etməkdir",- deyə o, bildirib.

Bundan əlavə, Kislitsa xatırladıb ki, zamanında qlobal birlik, Lend-Lease, Amerika xalqının və digər müttəfiqlərinin köməyi sayəsində Hitler məğlub olub.

"Putin də Hitler kimi qlobal cavab tələb edir. Bu, İkinci Dünya Müharibəsi zamanı da belə idi. İndi də belədir. Ukrayna və onun müttəfiqləri bu cavabı vermək üçün mümkün olan hər şeyi edirlər",- deyə daimi nümayəndə bildirib.

O, birgə səylərə sübut kimi Xarkov və Xerson vilayətlərində fəal şəkildə davam edən Ukrayna ərazilərinin azad edilməsini göstərib.

"Rusiya Federasiyası bu həftə də daxil olmaqla, dəfələrlə Təhlükəsizlik Şurasından sui-istifadə edib. Biz Rusiyanı bu quruma hörmət etməyi öyrənməyə çağırırıq. Bununla belə, aydındır ki, Rusiya nümayəndə heyətində çoxlu aldatmalar - reallığa əsaslanmayan yalan inanclar var”,- deyə Kislitsa vurğulayıb.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »