Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan "Osmanlı tokadı" istəyir: Türkiyə dünyanı xəbərdar edib
Yunanıstan "Osmanlı tokadı" istəyir: Türkiyə dünyanı xəbərdar edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanla bağlı açıqlamaları Afinada gündəmin əsas mövzusu olaraq qalır.

Bizimyol.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan həftəsonu qatıldığı tədbirdə “Ey yunanlar, tarixə baxın, tarixə qayıdın. Daha da irəli getsəniz, nəticəsi sizin üçün ağır olacaq. Yunanıstan üçün bircə cümləmiz var, İzmiri unutma. Adaların işğalı bizi maraqlandırmır. Zamanı gələndə nə lazımdırsa edəcəyik. Necə deyərlər, bir gecə qəfil gələ bilərik”,- deyə bildirib.

Ərdoğanın bu sözlərindən sonra Afina rəhbərliyi məsələ ilə bağlı BMT, Avropa İttifaqı və NATO-ya məktub göndərib.

Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun imzası ilə Avropa İttifaqının (Aİ) 25 paytaxtı, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvləri, NATO-nun baş katibi Yens Stoltenberqi və BMT-nin baş katibi Antonio Quterreşə Egey problemlərinin həlli ilə bağlı Türkiyənin mövqeyini və baxışlarını izah edən məktubların göndərildiyi açıqlanıb. Bunu Türkiyənin sonuncu xəbərdarlığı da adlandırmaq olar - yəni Türkiyə "bir gecə qəfildən gəlib" Yunanıstanı dizi üstə qoyarsa, günahın kimdə olduğunu bütün dünya bilsin...

Müzakirələr davam edərkən, Yunanıstandan son açıqlama prezident Katerina Sakellaropouloudan gəldib. Belə ki, dünən axşam yeməyində Slovakiya prezidenti Zuzana Çaputovanı qəbul edən Sakellaropulou Türkiyənin “AB üçün təhlükə” olduğunu deyib.

“Türkiyənin revizionist siyasəti və qeyri-qanuni hərəkətləri təkcə Yunanıstanı deyil, bütün Aİ-ni təhdid edir” deyən Sakellaropulou Türkiyə və Rusiyanın bölgədə ciddi təhlükə yaratdığını iddia edib. Yunanıstanın müdafiə naziri Nikos Panagiopulos isə Türkiyənin Yunanıstanın güclənməsindən narahat olduğunu irəli sürüb.

Panagiotopulos Ərdoğanın son açıqlamalarına da toxunaraq “hər halda, qarşı tərəfin üslubunu hücum səviyyəsinə qaldırmadan layihələrlə cavab verməyə üstünlük veririk”,- deyə bildirib.

Qeyd edək ki, Yunanıstan tarixi sazişləri pozaraq adaları hərbiləşdirir və Türkiyə bununla razılaşmayacağını bildirir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »