Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akar: “Türkiyə Yunanıstanın təxribatçı hərəkətlərinə cavab verməyə davam edəcək”
Akar: “Türkiyə Yunanıstanın təxribatçı hərəkətlərinə cavab verməyə davam edəcək”

Türkiyə qanunun aliliyinə məhəl qoymayan Yunanıstanın aqressiv və təxribatçı hərəkətlərinə dərhal cavab verib və bundan sonra da cavab verəcək.

APA-nın məlumatına görə, bunu milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir Afinanın hərəkətlərini düşməncəsinə və səhv adlandırıb.

“Yunanıstan hər şeyi, NATO daxilində inkar etməyə çalışır. Afina mehriban qonşuluq və dostluq prinsiplərinə məhəl qoymur. Bunu həm Alyans daxilində, həm də ondan kənarda görmək olur. Türkiyə Yunanıstan məsələsində NATO müttəfiqlərinə xəbərdarlıq edib. Bu ölkənin hərəkətlərinin qarşılıqlı hörmət anlayışları ilə heç bir əlaqəsi yoxdur”, - deyə Akar bildirib.

Nazir ordunun bundan sonra da Türkiyənin mənafeyini və hüquqlarını müdafiə edəcəyini, dost-qardaş ölkələrə, o cümlədən Şimali Kipr Türk Respublikası, Azərbaycan və Liviyaya dəstək verəcəyini vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »