Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zeytun yağının möcüzəvi təsirləri
Zeytun yağının möcüzəvi təsirləri

Bir çox yeməklərdə və salatlarda istifadə edilən zeytun yağı dəri və saç üçün də çox faydalıdır. Süfrələrin əvəzolunmaz dadı olan zeytun yağı xərçəng və Alzheimerdən qoruyur.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, zeytun yağı çağımızın əvəzolunmaz elementləri olan cib telefonlarının yaydığı radiasiya və elektromaqnit təsirləri aradan qaldırır. Müntəzəm olaraq keyfiyyətli zeytun yağı istehlak edənləri cib telefonlarının yaydığı radiasiyadan, xərçəngdən və çağımızın xəstəliyi olan Alzheimerdən qoruyur.

Zeytun və zeytunyağı, təbiətin bizə hədiyyəsidir. Zeytun yağı xolesterini aşağı salır, kanalları açır, dərini qidalandırır, nar ilə birlikdə istehlak edildikdə mədə xəstəliklərini rahatlaşdırır. Alzheimer xəstəliyi və xərçəng kimi xəstəliklərin yaranmasının qarısını alır.

Elmi araşdırmalar da zeytun yağının sağlamlığa möcüzəvi faydalar verdiyini ortaya çıxarıb. Zeytun yağı həm də, qan təzyiqini salıcı təsirə malikdir. Eyni zamanda zeytun lif mənbəyidir. Bağırsağı işlədir. Eyni zamanda pulpalı olduğu üçün həm xolesterinin azalmasına həm də əmələ gəlməsinin qarşısını alır.

Zeytun yağının faydaları saysız-hesabsızdır. Dəri, saç, bağırsaq xəstəlikləri və ürək-damar xəstəlikləri kimi bir çox xəstəliklərin müalicəsinə müsbət töhfə verir.

Zeytun yağı tərkibindəki müxtəlif vitaminlər, xüsusilə A və E vitaminləri sayəsində hüceyrələrin yenilənməsini təmin edir.

Dişlərin saralmasının qarşısını alır. Zeytun yağı evdə tətbiq edə biləcəyiniz təbii diş baxımını təmin edir.

Zeytun yağı yeməklərinizi və salatlarınızı daha dadlı etməklə yanaşı, saçlarınızın daha sağlam olmasına da kömək edir. Həm tökülmə əleyhinə vasitə kimi, həm də qırıq saçların müalicəsi üçün istifadə edilə bilər.

Zeytun yağının üzə faydaları baxımından digər bitki yağlarına nisbətən kifayət qədər üstündür. Dərinizə tətbiq edəcəyiniz zeytun yağı maskası ilə dəriniz hamarlaşacaq.

Zeytun yağı tərkibindəki E vitamini və ana südündə də olan oleik turşusu ilə sümüklərin normal inkişafına kömək edir. Xüsusilə hamilə və laktasiya edən analar üçün faydalıdır, çünki o, ümumiyyətlə sinir sisteminin, eləcə də körpənin ana bətnində və doğuşdan sonra beyninin inkişafını dəstəkləyir.

Zeytun yağı hüceyrələri qoruyur. Zeytun yağının tərkibindəki Oleiprine adlı maddə sayəsində hüceyrələr yenilənir və hüceyrələri xərçəngdən qoruyur.

Səhər səhər yeməyindən əvvəl qəbul edilən 1 və ya 2 xörək qaşığı zeytun yağı sadə xroniki qəbizliyə yaxşı gəlir. Həm də hemoroid şikayətlərini aradan qaldırır.

Zeytun yağı qan şəkərinin idarə olunmasına da töhfə verir və digər yağlarla müqayisədə diabet xəstələri üçün çox uyğun bir yağdır. Pəhriz saxlayarkən kömək edir. İnsanı tox tutmaq və həzm sistemini işlətmək üçün diyetlərdə zeytun yağından heç vaxt imtina edilməməlidir.

Zeytun yağının antiseptik xüsusiyyətlərinə görə sızanaq və qara nöqtələrin yaranmasının qarşısını ala bilər.

Zeytun yağının tərkibindəki vitaminlər sayəsində dərinin sallanmasını azalda bilər və yayda təbii qaralmanıza kömək edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »