Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuya keçid anını niyə yadda saxlaya bilmirik...
Yuxuya keçid anını niyə yadda saxlaya bilmirik...

Başımızı yastığa qoyub fikrə daldığımız zaman birdən səhər yuxudan oyandığımızı görürük. Bu, bizim fərqinə varmadığımız şəkildə necə baş verə bilər?

Oyanıqlıqdan yuxuya keçid anını xatırlamamağımızın səbəbi beynimizin bizə oynadığı maraqlı oyunla bağlıdır.  Bu keçid mərhələsi o qədər yumşaq bir şəkildə yaşanır ki, biz o kiçik mərhələləri görmürük. Yuxuya gedəndə birdən-birə dərin yuxuya getmirik. Çünki yuxu ani deyil, bir prosesdir.

Bizimyol.info xəbər verir ki, yuxuya getməzdən əvvəl diqqət səviyyəsi əhəmiyyətli dərəcədə azalmağa başlayır. Ətrafda baş verənlərdən daha az xəbərdar olur, zəif səslərə çətin reaksiya veririk. Bu vəziyyətdə yeni xatirələri yaxşı kodlaya bilmirik, çünki ətrafa kifayət qədər diqqət yetirə bilmirik.

Beynimiz yuxuya getməzdən əvvəl diqqət prosesinin çox işləməsini sevmir. Bu anlarda sevgilinizin sizinlə danışdığını eşitsəniz belə, başa düşmürsünüz. Beynin ön hissəsi olan frontal lob ilk yuxuya gedən hissədir. Frontal lobda şüurumuzun mərkəzi olan prefrontal korteks də var. Yuxuya getdiyimiz zaman şüur aktiv olmadığı üçün xatirələr yaddaşımıza köçürülmür - çünki neyronlar arasında əlaqə dayanır. Yeni xatirələrin bir neçə dəqiqədən çox davam etməsi üçün beyində qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa köçürülməlidir. Bu proses konsolidasiya adlanır.

Araşdırmalar göstərib ki, bir insan yuxuya gedən zaman ona deyilən sözləri oyananda xatırlaya bilmir. Başqa sözlə, yuxuya getmə prosesi konsolidasiya prosesinin qapısını bağlayır. Bu qapı bağlı olduqda, yeni xatirələr qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa köçürülə bilməz. Buna görə yatmazdan əvvəl yuxulu şəkildə oxunan kitab yadda qalmır. Çünki oxuduqlarınızı və əzbərlədiyinizi unuda bilərsiniz. Ertəsi gün kitabı əlinə alanda sanki o səhifələri heç oxumamısan kimi hiss edə bilərsən. Ona görə də imtahanlar zamanı bütün gecəni oxumaq tövsiyyə edilmir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »