Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"6 aydan bir uşağın dişlərinə stomatoloq baxmalıdır" - Video
"6 aydan bir uşağın dişlərinə stomatoloq baxmalıdır" - Video

Uşaq yaşlarında dişlərimizin qayğısına qalmırıq. Böyüyəndə isə, günlərimiz stomatoloqlarn yanında keçir. Çox zaman süd dişləri ağrıyan zaman validyenlər uşaqlarını həkimə aparmağı düşünmür. Belə hesab edir ki, onsuz da bu dişlər müvəqqətidir, töküləcək. Mütəxəssislərin fikrincə, uşağın dişi ağrıdığı zaman yaşından asılı olmayaraq, həkimə aparmaq lazımdır.

“Uşaqların dişlərini daim həkim nəzarəti altında saxlamalıyıq. Uşaqları erkən yaşlarında həkimə aparmaq lazımdır ki, uşaq travmatik və psixoloji qorxu altında olmasın. Bəzən valideynlər ümumiyyətlə süd dişlərinə baxdırmırlar, müalicə etdirmirlər ki, bu artıq çıxacaq, yerinə daimi diş gələcək. Amma bu əslində belə deyil”.

Bu barədə Bizimyol.info xəbər portalına stomatoloq Anar Xəlilov danışıb. Onun sözlərinə görə, süd dişlərinin xarab olması nəticəsində, uşaqda gecə ağrıları olur. Süd dişlərinin xarab olması eyni zamanda çeynəmə faktoruna da təsir edir. Qida tam üyüdülmür və bunun nəticəsində mədədə və digər orqanlarda problem yarana bilir.

Həkimin sözlərinə görə, süd dişlərinin xarab olması estetik qüsura da gətirib çıxara bilər. Estetik qüsurlar isə, uşaqlarda travma yaradır.

“6 aydan bir uşağın dişlərinə stomatoloq baxmalıdır. Dişlər müayinə edilməli, dişlərə nəzarət olunmalıdır. Dişlərin tez xarab olmaması üçün, qidalanmada kalsium və ən əsası da meyvə-tərəvəzə üstünlük verməliyik. Meyvə və tərəvəz dişlənə bilən qidadırsa, o dişlənib yeyilməlidir, bıçaqla kəsilməli deyil. Çünki dişlənib yeyiləndə dişin boynundan axan, axacaq olan ağız suyu vəziləri yarana biləcək ərplərin qarşısını alır və bu dişlərin sağlamlığına gətirib çıxarır. Bu kimi faktorları nəzərə alaraq, valideynlər uşaqların dişlərinin qeydinə qalmağını özlərinə mənəvi borc bilməlidirlər. Bu, uşaq dişidir və diqqətli olmaq lazımdır, “yenisi çıxacaq” deyə laqeyd olmaq olmaz” - deyə həkim qeyd edib.

İnsan iki dəfə diş çıxarır. Birinci dişlər süd dişləri adlanır. Sayı 20 olan bu dişlər insan böyüdükcə tökülür və onların yerində qalıcı dişlər çıxır. Qalıcı dişlərin sayı isə, 32-dir. Amma dişlərə qulluq edilmədiyi zaman 30-40 yaşlarında bu dişlər də çürüyüb tökülə bilir. Sonradan isə, çarə süni dişlərin, implantların qoyulmasına qalır. Bu zaman isə çeynəmə proseduru bəzən normal həyata keçirilməyə bilər. Bu səbəbdən də mütəxəssislər tövsiyyə edir ki, uşaqların dişlərinə elə süd dişləri dövründən qulluq edilməlidir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »