Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FTX Ukrayna üçün iki oyuncaq hökumət hazırlayıb - Washington Post
FTX Ukrayna üçün iki oyuncaq hökumət hazırlayıb - Washington Post

Ukraynaya genişmiqyaslı işğal ərəfəsində FTX Kiyevin tutulacağı təqdirdə ölkəni idarə etmək üçün iki oyuncaq hökumət hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” məlumat verib.

Nəşrin yazdığına görə, onlardan biri FTX ilə sıx əməkdaşlıq edib, onların arasında keçmiş qaçaq-prezident Viktor Yanukoviç, digərinin isə dövlətə xəyanətdə şübhəli bilinərək həbs olunan, Putinin yaxın adamı, xalq deputatı Viktor Medvedçuk olub.

Nəşr Medvedçuku “Rusiya diktatoru Vladimir Putinlə yaxın münasibətlər qurduqdan sonra Ukraynanın əsas rusiyayönlü partiyasının liderlərindən birinə çevrilmiş oliqarx” adlandırır.

Nəşrin məlumatına görə, Yanukoviç Kiyevdə hakimiyyəti bərpa etmək üçün martın əvvəlində Belarusda bir araya gələn qrupa rəhbərlik edib. Regionlar Partiyasının keçmiş üzvlərinin daxil olduğu ikinci qrup Ukraynanın cənubunun müvəqqəti işğal olunmuş ərazilərində toplaşıb.

Qeyd edək ki, 2010-cu ildə baş nazir Yuliya Timoşenkonu məğlub edərək prezident seçilən Yanukoviç 2013-cü ilin noyabrında gözlənilən Aİ ilə assosiasiya sazişini rədd edərək, əvəzində Rusiyanın kredit yardımına üstünlük verdi və Kremillə daha sıx əlaqələr saxladığına görə xalqın və siyasi elitanın hiddətinə səbəb oldu. Onun qərarı etirazlara və Kiyevin Müstəqillik Meydanında mitinqlərin başlaması ilə nəticələndi. 2014-cü ilin fevralında Ukrayna vətəndaş müharibəsinin astanasına gəldi, çünki etirazçılar və xüsusi polis qüvvələri arasında şiddətli toqquşmalar çoxlu ölüm, yaralanma halları baş verdi. 21 fevral 2014-cü ildə Yanukoviç uzun müzakirələrdən sonra müxalifətlə razılığa gəldiyini bildirdi. Lakin həmin gün o, paytaxtdan Xarkova getdi, Krım yaxınlığında səyahət edib oradan Rusiyaya qaçdı. Barəsində Ukrayna məhkəməsi tərəfindən həbs qərarı verilmiş keçmiş prezident hazırda Ruziyada yaşayır.

Viktor Medvedçuk İsə Ukraynada Rusiya prezidentinin "ən inanılmış adamı" hesab olunurdu. Siyasi "mehribanlıq" qohumluq səviyyəsinə qədər yaxınlaşmaya səbəb olmuşdu. Rusiya dövətinin başçısı V.Putin Medvedçukun kiçik qızının xaç atasıdır. Görünür bu da Putinin "qohumluq siyasəti"dir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »