Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Çin Tayvanı işğal etməyə hazırlaşır”
“Çin Tayvanı işğal etməyə hazırlaşır”

Tayvanın xarici işlər naziri bildirib ki, Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərinə etiraz olaraq başlatdığı hərbi təlimlərdən Tayvanı işğal etməyə  hazırlaşmaq üçün bəhanə kimi istifadə edir.

Bizimyol.info “Reuters”-ə istinadla xəbər verir ki, Cozef Vu Taybeydə keçirdiyi mətbuat konfransında deyib: “Çinin ona aid olduğunu iddia etdiyi Tayvanı bu addımlarla qorxuda bilməyəcək. Çin təlimlərdən Tayvanı işğal etməyə hazırlaşmaq üçün istifadə edir. Tayvan boğazında sülh və sabitliyi qorumaq üçün beynəlxalq dəstəyə ehtiyac var. O, Tayvanda ictimai əhval-ruhiyyəni zəiflətmək məqsədilə irimiqyaslı hərbi təlimlər, raket buraxılışları, eləcə də kiberhücumlar, dezinformasiya kampaniyası və iqtisadi zorakılıq həyata keçirir”,- deyə Vu bildirib.

Nensi Pelosi Nensi Pelosi

Xatırladaq ki, Çinin Şərq Komandanlığı bazar ertəsi günü sualtı qayıq və dəniz hücumu əməliyyatlarına fokuslanaraq yeni birgə təlimlər keçirəcəyini açıqlayıb.

Bu isə, bəzi təhlükəsizlik analitiklərinin və diplomatların Pekinin Tayvana hücumları ilə bağlı qorxularını təsdiqləyir.

ABŞ prezidenti Co Bayden Pelosinin səfərindən sonra məsələ ilə bağlı ilk ictimai açıqlaması zamanı Çinin bölgədəki hərəkətlərindən narahat olduğunu dilə gətirib.

“Çinin hərəkətlərindən narahatam. Amma düşünmürəm ki, Çin bundan artıq hərəkət etməyə  çalışacaq”,- deyə Bayden bildirib.

Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, Vaşinqton Pekinin yaxın iki il ərzində Tayvanı işğal etməyə cəhd etməyəcəyinə inanır.

Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Kolin Kahl bildirib ki, ABŞ ordusu qarşıdakı həftələrdə Tayvan boğazı üzərindən səfərlərini davam etdirəcək.

“Çin heç vaxt Tayvanı zorla almağa çalışmayıb. Tayvan Çinin bir hissəsidir”,- deyə  Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vang Venbin qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »