Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bədəndəki xalların mənası nədir?
Bədəndəki xalların mənası nədir?

Deyirlər, "xalı çox olan insanın düşməni də çox olur". Bəs bədənimizdə olan xalların bir mənası varmı?

Bizimyol.info xəbər verir ki, inanca görə, bədəndə olan xalların hər birinin ayrılıqda bir mənası var. Təbii ki, bunun heç bir elmi əsası yoxdur. Bununla belə, yayımış inancları sizinlə paylaşırıq:

Qaşlar arasındakı xallar, karyera yüksəlişi ilə əlaqələndirilir.

Gözlə qaş arasında xalınız varsa, siz uyğunlaşa bilən bir insansınız. İnsanlarla yaxşı münasibət qura bilirsiniz və rəhbər vəzifələr tuta bilirsiniz.

Üst dodaqda xal dostlarınız arasında populyarlığınızdan xəbər verir.

Almacıq sümüklərindəki xal hakimiyyət mövqeyini tutacağınız və sərvətinizi artıracağınız mənasına gəlir.

Ovucda xal varsa, heç vaxt pul qıtlığı yaşamayacaqsınz. Siz ağıllı və iddialısınız. Asanlıqla lider mövqeyə çata bilərsiniz.

Əlinizdə xal maliyyə bacarığınızın güclü olduğunu və iqtisadiyyat sahəsində istedadlı olduğunuzu göstərir.

Ayaqdakı xal, tez-tez səyahət etdiyinizə, müxtəlif mətbəxlərdən həzz aldığınıza işarədir.

Yanaqda xal, çox ciddi olan və həyatda maddi məqsəd güdməyən çalışqan insanlara işarə edir.

Çənədə xal, qayğıkeş və yardımçı insanları göstərir. Bu tip insanlar istənilən mühitə uyğunlaşırlar. Onlar həm də dürüst və fədakar işçilərdir. İstənilən məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar.

Qulaqda olan xal xoşbəxtlik əlamətidir.

Dirsəkdə xal olan insanlar səyahət etməyi sevən macəraçı və cəsur insanlardır.

Göz dairəsində xal dürüst, etibarlı və səmimi və müşahidəçi insanları göstərir.

Burunda xalı olanlar zəhmətkeş olur.

Boyun nahiyəsində olan xal uğurlara və irrasional hərəkətlərə işarə edir.

Alın nahiyəsində xal uğurlu və formalşmış bir həyata işarə edir.

Sinə bölgəsində xal kişilərdə qətiyyətsiz həyat və qadınlarda sosial narahatlığa işarə edir.

Çiyində xalın olması şəxsin həssas, çalışqan, həddən artıq məsuliyyətli olmasına işarədir.

Biləyində xal olanlar qənaətcil, etibarlı və istedadlı insanlardır.

Göbək bölgəsində xal həyatda uğur qazanan, yaxşı həyat yoldaşı və uşaqları olan insanlara işarə edir.

Qollarda xal bu insanın çox mehriban olduğuna və xoşbəxt bir evlilik həyatına sahib olacağına işarədir.

Barmaqlarda xal adətən, aldadan və hər şeydə ifrata gedən insanlara işarə edir.

Ayaq bölgəsində xal rahat olan insanları göstərir. Onların sağlam qalmaq üçün idmana ehtiyacı var.

Daban nahiyəsində xal asanlıqla düşmənçilik edib dostlarını itirə bilən insanlara işarə edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »