Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Var-dövləti cəlb etmək üçün yanınızda hansı əşyaları saxlamalısınız?..
Var-dövləti cəlb etmək üçün yanınızda hansı əşyaları saxlamalısınız?..

Bəzi insanlar çox qazanmaq üçün daha çox işləməyə çalışırlar. Ancaq bəxt hər kəsə gülümsəmir - bəzən elə olur ki,  bütün səyləriniz boşa çıxır və uğur sizdən yan  keçir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, maliyyə vəsaitlərini tez və asanlıqla "çəkmək" üçün pul kisənizdə daşımalı olduğunuz şeylərin tam siyahısı var.

Belə ki, çoxlu sərvətə sahib olmaq üçün pul kisənizdə köhnə, nadir, kolleksiya sikkəsi, başqa ölkədən bir sikkə, unikal seriya nömrəsi olan əskinas və ya ilk maaşdan əskinas, habelə uduşlar olmalıdır.

Bəzi inançlara görə, pul kisənizə paxlalı bitki qoymaq da gəliri artırır. Qədim inanclara görə, paxlalılar güclü enerjiyə malikdir və zənginliyi cəlb edir.

Çin sikkələri - 3 və ya 6 sikkədən bir dəstə düzəldin, onları qara sapa bağlayın və cüzdanınıza qoyun.

Darçın çubuğu və ya nanə - ezoteriklər deyirlər ki, bu bitkilərin ətri maliyyə axınlarını cəlb edir. Qırmızı parça - qırmızının maddi dəyərləri, o cümlədən sərvəti özünə cəlb etdiyi məlumdur.

Bu əşyalardan birini pul kisənizin ciblərindən birinə qoyun. Və onu hər zaman özünüzlə aparın. Unutmayın ki, inancınız obyektlərin təsirini çox artırır və istədiyiniz nəticəni sürətləndirir.

Pulqabına nə qoymaq olmaz?

...Qohumların və dostların fotoşəkilləri olmamalıdır. Çünki maliyyə axını diqqəti ondan başqasına yönəltdiyin üçün sizdən küsə bilər.

Mağaza qəbzləri - bir insanın xəsis olduğunu və hər şeyi idarə etməyə çalışdığını göstərir və pul belə insanlara "gəlməz".

Vizit kartları, biletlər, konfet qabları…

Əslində bu əşyalar zibil sayılır və maliyyə vəsaitlərinin dövriyyəyə girməsinə mane olur.

Sənədlər və sürücülük vəsiqəsi - enerji balansını pozmamaq üçün belə şeylər ayrıca çantada olmalıdır.

Ümumiyyətlə, cüzdan səliqəsiz qalmamalı, cırıq çeklər və ya lazımsız zibil saxlanılmamalıdır. Onu müntəzəm olaraq silin, əskinasları yeniləri ilə dəyişin və maliyyə rifahınızın mənbəyinə hörmətlə yanaşın.

P.S. Təbii ki, bütün bunlar inanclardır və heç bir elmi əsası yoxdur. Sərvət sahibi olmaqda bəxtin rolu olsa da, ən önəmli yol əzmkarlıqdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »