Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2017-ci ilin ən yaxşıları: Zidan, Ronaldo, “Real”
Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyasının təsis etdiyi “Globe Soccer Awards”ın laureatları bəlli olub. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin ən yaxşı futbolçusu adına “Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo yiyələnib.

Madrid klubunun çalışdırıcısı Zinəddin Zidan 2017-ci ilin məşqçisi seçilib. “Real” isə ilin ən yaxşı klubu nominasiyasında qalib olub.

Portuqaliyalı Jorje Mendeş agentlər, Feliks Brix hakimlər arasında ən yaxşı kimi fərqlənib. İspaniya Primerası dünyanın ən yaxşı liqası, “Monako”nun vitse-prezidenti Vadim Vasilyev ən yaxşı futbol rəhbəri mükafatına sahib çıxıb.

Son xəbərlər
Bütün xəbərlər »