Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə əməliyyata hazırlaşır, Əsəd sərhədə ordu yığır
Türkiyə əməliyyata hazırlaşır, Əsəd sərhədə ordu yığır

On ildən artıqdır ki, xaos və zorakılığın davam etdiyi Suriyada hərəkətlilik davam edir. Ankaranın Suriyanın şimalında hərbi əməliyyata hazırlığı Suriya lideri Bəşər Əsədi terror təşkilatları ilə əl-ələ verərək yürüş etməyə sövq edib.

Bizimyol.info xəbər verir ki, onurğasını terror təşkilatı PKK/PYD/YPG-nin təşkil etdiyi və ABŞ-a söykənən Suriya Demokratik Qüvvələri (SDG) ilə əməkdaşlığa qərar verən Əsədə sadiq əsgərlər Türkiyə sərhədi yaxınlığında yerləşdirilib. Britaniyanın Reuters xəbər agentliyi fotoşəkillərlə Suriya əsgərlərinin əllərində Suriya bayraqları ilə sərhədə yaxın bölgəyə yerləşdirildiyini açıqlayıb.

Suriya ordusundan Əli əl-Nasser adlı kapitan ABŞ-ın Associated Press xəbər agentliyinə danışıb: “Biz Fəratın şərqində yerləşmişik və bura Türkiyə sərhədinə paraleldir”.

Qeyd edək ki, illərdir Əsəd administrasiyası ilə üz-üzə qalan SDQ bu yaxınlarda Türkiyəyə qarşı ortaq olmağa qərar verib.

Digər tərəfdən, Rusiya helikopterlərinin bölgədə patrul xidməti apardığı bildirilib. Prezident Ərdoğan bu həftə İranın paytaxtı Tehranda Rusiya lideri Vladimir Putin və İran prezidenti İbrahim Rəisi ilə görüşüb. Bu görüşdən sonra Ərdoğan təhlükəsizlik təhdidinə görə Suriyada əməliyyatın gündəmdə olduğunu vurğulayıb.

Türkiyə ordusu Türkiyə Ordusu

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan may ayında onurğasını terror təşkilatlarının təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin bölgədən uzaqlaşdırılması üçün yeni hərbi əməliyyatın keçiriləcəyinə işarə etmişdi. Ankara Türkiyə-Suriya sərhədində 30 kilometrlik təhlükəsiz zona yaratmağı və suriyalı qaçqınları Türkiyədən ora yerləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Suriya ərazisindən Türkiyəyə qarşı təhdidləri Rusiya və İran dəstəkləyir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »