Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gördüyümüz iş Putinin pəncəsində qalmaqdan yaxşıdır” - Almaniya
“Gördüyümüz iş Putinin pəncəsində qalmaqdan yaxşıdır” - Almaniya

Almaniyanın İqtisadiyyat naziri Robert Habek Rusiya qazının “Şimal axını” qaz kəməri ilə tədarükünün qismən bərpasını Rusiyanın etibarlılığının əlaməti kimi qiymətləndirməməyi tövsiyə edir.

Bizimyol.info xarici mətbuatına istinadla xəbər verir ki, Habekin fikrincə, Putin hələ bu xalqların nə qədər güçlü olduğunu gələcəkdə görəcək. "Putin Almaniya və Avropanı bölmək üçün dəfələrlə qazdan strateji şantaj kimi  istifadə edib. Biz bunu etiraf etməliyik”,- deyə o qeyd edib.

Onun sözlərinə görə,  Almaniya və Avropa Rusiya qazına alternativ tapmalı, qənaətcil olmağı bacarmalıdır. Xatırladaq ki, iyulun 21-də Rusiya “texniki xidmətdən” sonra  Baltik qaz kəməri ilə qaz nəqlini bərpa etdi. Amma hal-hazırda axın təchizatın 10 günlük dondurulmasından əvvəl olduğu kimi tutumun 40 faiz məhdudlaşdırılması ilə davam edir. Rusiya bunu təmir üçün Kanadada olan turbinin olmaması ilə əsaslandırır.

Habek turbini Rusiyanın "qabaqcıl arqumenti" və "parlaq oyunu" adlandırıb. Onun sözlərinə görə, “Qazprom”un kifayət qədər turbinləri var. Nazir əmindir ki, xətti 100 faiz işə salmaq olar. Habek hesab edir ki, Rusiyanın başlatdığı qaz müharibəsi ona qarşı sanksiyaların yüksək effektivliyini sübut edir.

Nazir Almaniyadakı ağır qaz böhranı ilə bağlı vəziyyəti də izah edib. “Bizim gördüyümüz iş Putinin pəncəsində qalmaqdan yaxşıdır”. Habek hesab edir ki, Rusiya Federasiyasına qarşı sanksiyalar işğalçı ölkənin iqtisadiyyatına təsir göstərməklə Rusiya hərbi maşınına böyük ziyan vurur. Rusiya iqtisadiyyatı isə artıq “çökməkdədir”.

Xatırladaq ki, almanların əksəriyyəti enerji qiymətlərinin yüksək olmasına baxmayaraq Ukraynanı dəstəkləyir. Eyni zamanda Almaniya Rusiyanın şantajı fonunda qaz anbarlarının doldurulması planlarını 95 faizə çatdırıb.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz Putinə qarşı tədbirlərdə qətiyyətsiz olduğuna görə zaman-zaman tənqid edilir. O, həmçinin Ukraynaya vəd etdiyi silahların da xeyli hissəsinə göndərməyə tərəddüd edir. Bununla belə, Putinin qaz şantajı hamı kimi Almaniyanı da inandırıb ki, Rusiya ilə üzülüşmək lazımdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »