Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağa ilk köç həm də “Böyük Qaydış”ın ilkin təməlini özündə ehtiva edir"
"Qarabağa ilk köç həm də “Böyük Qaydış”ın ilkin təməlini özündə ehtiva edir"

“Bu gün Azərbaycan Qarabağa qaydış üzrə böyük işlər həyata keçirir. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra qazandığımız qələbə ilə Azərbaycan regiondakı öz strateji mövqelərini daha da mökəmləndirib. İndi dövlətmizin qarşısında duran əsas vəźifəĺərdən biri Qarabağda yenidənqurma və bərpa işlərini maksimum çevik və sürətli şəkildə həyata keçirmək, eyni zamanda məcburi köçkünlərmizi də öz dədə-baba yurdların a qaytarmaqan ibarətdir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Tural İsmayılov danışıb. Onun sözlərinə görə, ötən günlərdə uzun illər müharibə nəticəsində öz torpaqlarından didərgin düşən həmvətənlərimizin yenidən ana vətənlərinə, torpaqlarına qovuşmağının mənəvi sevinci hissi ilə müşahidə edilib.

Tural İsmayılov Tural İsmayılov

“19 iyulun siyasi baxımdan da böyük əhəmiyəti var. Çünki Zəngilanın Ağalı kəndinə qayıdan ilkin sakinlərmiz həm də eyni zamanda dünyada müharibədən əziyət çəkmiş bütün məcburi köçkünlər üçün və eyni zamanda qaçqınlar üçün yeni bir ümid, yeni bir işıq deməkdir. Bu baxımdan hesab edirəm ki, Qarabağa ilk köç həm də “Böyük Qaydış”ın ilkin təməlini özündə ehtiva edir” - deyə ekspert bildirib. Onun sözlərinə görə, Ermənistan işğal dövrlərində Zəngilanın Ağalı kəndi daxil olmaqla, Qarabağda böyük vəhşiliklər həyata keçirib. Orada təkcə mədəni və ekoloji terror həyata keçirtməyib, eyni zamanda həmin bölgələrin yerli sakinlərinə məxsus olan evləri, mülkləri hamısını dağıdıb. Orada yaşanılmayacaq bir vəziyət yaradıblar.

“Çox qısa müddət ərzində artıq Azərbaycan, Zəngilanın Ağalı kəndində böyük işlər həyata keçirib. Həm də məcburi köçkünlərimiz qayıtdıqları torpaqlarında tamamilə yeni bir mənzərənin şahidi olacaqlar.

Azərbaycan, xüsusilə Zəngilanın Ağalı kəndində “Smart Village” lahiyəsini həyata keçirir. Bu lahiyənin təkcə ölkəmiz üçün deyil, bütün region üçün böyük texnoloji üstünlükləri var. Həmçinin Zəngilanın Ağalı kəndinə tətbiq edilən bu yeniliklər gələcəkdə Qarabağın digər bölgələrinə də və bütövlükdə Azərbaycanın regionlarında da tətbiq edilə bilər” - deyə Tural İsmayılov bildirib. O, qeyd edib ki, bu baxımdan cənab Prezident və birinci vitse-prezident Mehriban xanımın da Zəngilan şəhərində ağıllı kəndin təməllərinin qoyulması prosesində verdiyi mesajlar çox önəmlidir. Eyni zamanda artıq məcburi köçkünlərmizin də böyük həvəslə öz dədə-baba yurdlarına qayıtmaq üçün, gözlədiyi vaxtlar yavaş-yavaş sona çatır.

“Düşünürəm ki, digər bölgələrmizdə də minatəmizləmə işləri yekunlaşdıqdan və quruculuq işləri bitdikdən sonra, hissə -hissə “Böyük Qaydış”ın komponentləri həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, Zəngilan şəhəri işaldan azad edilərkən cənab prezident verdiyi mesajda çox qısa müddətdə ermənilərin barbarcasına dağıtdığı Zəngilanda tamamilə yeni, müasir həyat standartlarının qurulacağını bildirmişdi. 19 iyul tarixində artıq oraya qayıdan məcburi köçkünlərimiz, həmin bu canlı mənzərənin canlı şahidi oldular” - deyə ekspert vurğulayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »