Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyaya dünyanın böyük iqtisadiyyatları arasında yer yoxdur"
"Rusiyaya dünyanın böyük iqtisadiyyatları arasında yer yoxdur"

Rusiyanın prezidenti Vladimir Putinin nümayəndələrinə dünyanın ən böyük iqtisadiyyatlarının sammitində yer yoxdur.

Bizimyol.info Ukryana mətbuatına istinadla xəbər verir ki,  bu barədə  ABŞ-ın maliyyə naziri Canet Yellen İndoneziyanın Bali şəhərində keçirilən G20 maliyyə rəhbərlərinin toplantısı çərçivəsində mətbuat konfransında danışıb.

Yellen bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü artıq bütün dünya iqtisadiyyatı üçün ciddi mənfi nəticələrə gətirib çıxarıb. Buna görə də, onun nümayəndə heyəti G20 toplantısına daxil deyil.

Qeyd edək ki, həmin konfransda  Rusiya nümayəndə heyəti də iştirak edir. Xatırladaq ki,  aprel ayında Yellen bildirmişdi ki, ABŞ  Rusiyanın daxil olduğu G20 toplantılarında iştirak etməyəcək.

"Prezident Bayden açıq şəkildə bildirdi və mən onunla razıyam ki, Rusiyanın heç bir maliyyə institutu həmişəki kimi işləyə bilməz. O, Rusiyanın G20-dən xaric edilməsini istədi. Mən İndoneziyadakı həmkarlarıma bildirdim ki, əgər orada Rusiya nümayəndələri olarsa, biz bir sıra görüşlərdə iştirak etməyəcəyik”,- deyə Yellen bildirib.

Qeyd edək ki,  G20 liderlərinin növbəti sammitinin noyabrda İndoneziyada keçirilməsi planlaşdırılır. Bundan əvvəl nazirlərin görüşləri keçiriləcək. Mayın 17-də Yellen Ukraynanı işğal etdiyi üçün Rusiyaya qarşı Qərbin sanksiyalarını Amerikanın "Üçüncü reyx"ə qarşı sanksiyaları ilə müqayisə edib.

O, xatırladıb ki, 1940-cı ilin yazında, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsində hələ neytral olduğu zaman ABŞ-ın maliyyə naziri Henri Morqentau prezident Franklin Ruzvelti Danimarka və Norveçin nasistlər tərəfindən zəbt edilmiş aktivlərini dondurmağa razı salmışdı.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »