Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avro ayırmaq istəyir
Aİ Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avro ayırmaq istəyir

Avropa İttifaqI (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan əlavə 500 milyon avro ayırmaq istəyir.

APA-nın verdiyi xəbərə görə, bu məlumatı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında Aİ-nin Xarici İşlər Nazirliyinin baş katibi Stefano Sanino təsdiqləyib.

Bu xətt vasitəsilə Kiyevə hərbi yardım 2,5 milyard avroya çatacaq.

“Biz Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avronun ayrılmasını araşdırırq. Beləliklə, ümumi maliyyə 2,5 milyard avroya çatacaq”, - o deyib.

Avropa Sülh Fondundan ümumi dəyəri 2 milyard avro olan əvvəllər verilmiş dörd tranş başa çatdıqdan sonra 500 milyon avroluq yeni tranşın ayrılması niyyəti ilk dəfə Aİ liderləri tərəfindən iyunun 23-24-də Brüsseldə keçirilən sammitdə açıqlanıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »