Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstanda 53 nöqtədə meşə yanğınları başlayıb
Yunanıstanda 53 nöqtədə meşə yanğınları başlayıb

Yunanıstanda 53 nöqtədə baş verən meşə yanğınları səbəbindən 4 kənd boşaldılıb. Karagianeika və Dalaboureika yaşayış məntəqələri də daxil olmaqla 4 kənd təxliyə edilib.

Bizimyol.info xəbər verir ki, Yunanıstanda yazın gəlişi ilə yanğınlar artmağa başlayıb. Yanğın Xidmətinin sözçüsü Rafaella Tzima bildirib ki, yanğınlara yüksək temperatur, güclü külək və quru hava şəraiti səbəb olub.

Vətəndaşların hər hansı bir şübhəli vəziyyətdə 199 yanğınsöndürmə xidmətinə və ya 112 təcili yardım xəttinə zəng etməsinin vacibliyini vurğulayan Tzima “bu gün yanğın mövsümünün ilk çətin günü idi. Bütün Yunanıstan indi yüksək risk altındadır. Bu səbəbdən milli parklara və meşələrə girişləri bir müddət məhdudlaşdırmaq lazım gələ bilər”,- deyə bildirib.

Son xəbərlər
Bütün xəbərlər »