Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gələcəkdə kağız pullar olmayacaq"
"Gələcəkdə kağız pullar olmayacaq"

Bitkoin kəskin ucuzlaşaraq 19 377, 41 ABŞ dolları təşkil edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Coindesk” platformasında məlumat yer alıb. Qeyd edilir ki, kriptovalyutanın qiyməti 2020-ci ilin dekabrından bəri ilk dəfə 20 000 dollardan aşağı düşüb. Bir müddət əvvəl yəni, may ayında Bitkoin 2021-ci ilin yayından bəri ilk dəfə 30 000 dollardan aşağı düşmüşdü.

Mütəxəssislər ilin ikinci yarısında bitcoinin 45 000 dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırırlar. Amma bu kriptovalyutanın qiymətinin tarixi maksimuma çatacağı gözlənilmir. Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sisteminin pul siyasətinin sərtləşdirilməsi fonunda bütün kriptovalyutalar ucuzlaşır.

İqtisadçı alim Emin Qəribli bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bitcoin son dövrlər təkcə, alimləri deyil, istənilən vətəndaşı maraqlandıran, narahat edən bir problemdir. Bu barədə çox mübahisələr gedir.

Emin Qəribli Emin Qəribli

“Qiymətli bazar sisteminə baxsaq, görərik ki, bazar özü likvidlik axtarışındadır. Yəni elə məhsul olsun ki, onu əldə edib, istənilən vaxt satmaqla, onun hesabına mənfəət əldə etmək mümkün olsun. Bazarlarda belə bir evalusiya keçib. İlk olaraq bu səhm bazarlarında müşahidə edildi. 90-cı illərdə bu səhmlərə inam azaldı. Və ayrı-ayrı qiymətli kağızlar yaranırdı. Elə valyutanın özünə də baxsaq, görərik ki, 70-ci ildən sonra valyutaların arxasında qızıl durmamağa başladı. 70-ci ilə qədər dolların arxasında qızıl dururdu. İndi isə bilirsiniz ki, bazarda tələb-təkliflə müəyyən olunur. Buna görə də, bazar likvidlik axtarışında idi. Arxasında qızıl durmursa, artıq ona inam azalırdı, pul dəyərdən düşürdü”.

İqtisadçı bildirib ki, ümumiyyətlə son zamanlarda qızılın, müxtəlif pulların, daşınmaz əmlakın dəyəri artmağa başlayıb. Bazarın hər zaman axtarışda olduğunu vurğulayan ekspert qeyd edir ki, növbəti mərhələ “ yeni sənaye inqilabı” baş verdikdən sonra başlayıb. Onun sözlərinə görə, artıq fiyad pulların yerinə elektron pulların istifadə olunacağı proqnozlaşdırlır.

“Artıq bu öz dövrünü keçib. Bu isə Blockchain kripto valyutadır. Yəni gələcəkdə onlar istifadə ediləcək. Kripto valyutalar buraxılır. Elələri var ki, bilinmir arxasında hansı qüvvə durur. Nəyin əsasında müəyyən olur. Görürsünüz ki, bunu mərhələli olaraq izləyirlər. Bunun arxasında heç kim olmadığına görə də təbii ki, buna inam ola bilməz. Amma vaxtaşırı görürük ki, bazarda azalır. Paralel olaraq deyilir ki, dolların da arxasında heç nə dayanmır. Bazarda kripto rahat bir sistemdir. Kağız pullar yana da bilər. Digər dəyişikliklərə məruz qala bilər. Devalvasiya, inflyasiya hər il baş verir. Amma, hesab edirlər ki, kripto valyuta bir az müasir formasıdır”.

İqtisadçının sözlərinə görə, əslində burada böyük bir həqiqət var. Bu kripto valyutaların arxasında kim durub, necə durub bunu bilmək çətin məsələdir. Ona görə məndə də biraz inam yoxdu. Ekspert gələcəkdə Blockchain texnologiyaların istifadə ediləcəyini qəbul edir.

bitkoin

“Bank sisteminə Blockchain texnologiya tətbiq olunacaq. Bura müdaxilə nisbətən azdır. Artıq Çin öz elektron pullarını dövriyyəyə buraxır. Gələcəkdə bu daha leqal formada olacaq. Arxasında dövlət, qanunvericilik duracaq. Belə olan şəraitdə insanlarda inam olacaq ki, bunun arxasında real qüvvə var. Ayrı-ayrı şirkətlər qiymətli kağızlar sırasında öz səhimlərini buraxmaqla yanaşı, “Blockchain” texnologiyasını tətbiq edəcək. Bunun üçün də evolyusiya keçməlidir. Təkmilləşmə olmalıdır. Müəyyən mexanizmlər işlənməlidir. Qanunvericilik formalaşmalıdır”,- deyən ekspert bildirir ki, bəzi dövlətlərdə bitcoinə qanunvericiliklə icazə verilmir. Çində bir vaxt icazə verilmədi, sonra, verildi. Bu özü-özlüyündə keçib.

Emin Qəribli hesab edir ki, gələcəkdə, 100 ildən sonra kağız pullar olmayacaq. Yeni, formalar olacaq. “Keçid olacaq. Amma hansı formada, necə olacaq bu başqa bir məsələdir. Düzdür, qiymətli kağızlar bazarı alət kimi bundan istifadə edir və qazanır. Burada elementlər daha çoxdur. Mən inanıram ki, gələcəkdə hər hansı bir formada təkamül yolu keçib, yeni elektron pullar istifadə olunacaq”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »