Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Tofiq Mirzəyevi təltif edib
Prezident Tofiq Mirzəyevi təltif edib

Prezident İlham Əliyev Tofiq İbrahim oğlu Mirzəyevi “Xalq artisti” fəxri adı ilə təltif edib.

Bizimyol.info xəbər verir ki, Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Tofiq Mirzəyev Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Eyni zamanda dövlət başçısının digər sərəncamı ilə Tofiq Mirzəyev Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iyunun 16-da Tofiq Mirzəyevin 90 yaşı tamam olur.

Son xəbərlər
Bütün xəbərlər »