Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaqatala hava limanına 27,5 milyon dollar niyə xərclənib?
Zaqatala hava limanına 27,5 milyon dollar niyə xərclənib?

“Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur”.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin ötən gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib. Deputat problemin həll olunması üçün hökumətə müraciət edib.

Qeyd edək ki, Zaqatala Beynəlxalq Hava Limanı təyyarə vağzalı kompleksinin və uçuş enmə zolağının (UEZ) yenidən qurulması 2008-ci ildə başa çadıqdan sonra 2009-cu ildə hava limanına beynəlxalq status verilib. Xüsusi olaraq bildirək ki, Zaqatala aeroportunun yenidən qurulması üzrə işlərə 27,5 mln. dollar xərclənib. Hava limanı, Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırıqdan sonra yenidən qurulmağa başlanıb. Belə ki, hava ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilib, perron xeyli genişləndirilib, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb, həmçinin aerovağzal kompleksinin binası təmir edilib. Hava limanın açılş günündən simvolik olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - “Airbus A340-500” təyyarəsi eniş də edib. Yəqin bu da gördükləri işi yoxlama məqsədi daşıyıb. Zaqatala Hava Limanı haqqında internet məlumatlarına əsasən deyə bilərik ki, hava limanı geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verir.

  • Hər şey deputat Elşən Musayevin dediyi kimidirsə, görəsən, 27,5 milyon dollar vəsait niyə xərclənib?  Sadəcə “Zaqatalada da hava limanı var” deyəmi?

AZAL-ın saytında Zaqatala hava limanını tərifləmək üçün bütün məlumatlar yerləşdirilib. Bircə orada təyyarələrin reysləri haqqında məlumat verilməyib ki, bu da Elşən Musayevin vurğuladığı problemi təsdiq edir. Hava limanının yenidən qurulması üçün xərclənən vəsait az vəsait deyil. Dövlətin büdcəsindən ayrılan bu vəsiati görəsən AZAL necə idarə edib?

Və yaxud əgər 2017-ci ildə, yəni 5 il əvvəl açılışı olan bu hava limanı hansı məqsədlə yenidən bərpa edilib. Bəlkə hava limanına gedib şəkil çəkdirmək üçün? Yadıma bu yerdə Manaf Ağayevin Füzuli Hava Limanının qarşısında çəkdirdiyi şəkil düşdü. Yəqin Zaqatala Hava Limanı da bu məqsədlə tikilib.

Deputat deyir ki, hava limanının bağbanı, hər şəraiti hətta pilotu da var. Yəni bu o deməkdir ki, bu məkan hələ də dövlətin cibinə girir. Qeyd edək ki, Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər. Əgər fəaliyyətə başlasa.. Yəni əgər təyyarələri olsa.

Nə deyək? Bu gün Zaqatala Hava limanının aylıq xərclərini hesablamaq gücümüz olmasa da, bəllidir ki, büdcə hesabına maliyyələşir. Azərbaycanın dilbər guşələrindən biri sayılan Zaqatalaya turizm üçün əhəmiyyətli bir regiona hesab edilir. Etiraf etməliyik ki, yol uzun olduğu üçün avtomobillə bu yolu getmək əksər vətəndaşlar üçün yorucu ola bilər. Hesab edirik ki, burada hava limanının fəaliyyəti  turizmin inkişafı üçün xüsusi bir addım olar. Deputat hökumətə müraciət edib və yardım istəyib. Deputatın müraciətinə veriləcək cavabı gözləyirik…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »