Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnsanların şəxsi həyatına, ailə həyatına müdaxilə etməyə cəhd göstərirlər"
"İnsanların şəxsi həyatına, ailə həyatına müdaxilə etməyə cəhd göstərirlər"

Artıq bir neçə ildir ki, Azərbaycan cəmiyyətində özünü jurnalist kimi cəmiyyətə sırımağa çalışan ünsürlər peyda olub. Ali təhsili olmayan, orta təhsilini belə bitirə bilməyən, iki cümləni səhv olmadan Azərbaycan dilinin qaydalarına uyğun olaraq yaza bilməyən bu ünsürlər, əllərinə telefon götürərək, videolar çəkir və özlərini peşəkar jurnalsit kimi ortaya atıb, vətəndaşlardan şantaj, təhdid və ya aldatma yolu ilə vəsait tələb edirlər. Maraqlısı budur ki, bu insanlara qarşı hərhansı bir hüquqi təzyiqlər olan kimi onları qoruyan gizli “hami”lərinin olduğu ortaya çıxır. Xarici təşkilatlar bu şəxslər haqqında yazmağa başlayır və bu şəxslərin həbslərini, onlara hüquqi təzyiqləri siyasiləşdirirlər. Bu şəxslərin cəmiyyət arasında olması təkcə vətəndaşlara deyil, dövlətin də imicinə xələl gətirir. Eləcə də, professional jurnalistikanı kölgə altına alır.

Cəmiyyəti bu ünsürlərdən necə təmizləməli? Əslində çox maraqlı sualdır. Çünki çox zaman elə bu ünsürlərin hamisi özünə dövlət içində dövlət quruan dövlət məmurları olur.

Vüqar Rəhimzadə Vüqar Rəhimzadə

"İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mövzu uzun müddətdir ki, ictimaiyyəti, cəmiyyəti, jurnalistikanın aparcı media əməkdaşlarını narahat edən bir məsələdir. Bir neçə ildir ki, bununla bağlı narahatlıqlar ifadə olunmaqdadır: “Əvvəlki dönəmlə bu günkü dönəm arasında olan fərqin biz şahidiyik. Amma yenə təəssüflər olsun ki, predmediadan bu problem, yəni jurnalistikaya aid olmayan, jurnalistikaya xələl gətirən, cəmiyyəti insanları narahat edən, şəxsi həyata, ailə həyatına müdaxilə edən, mətbuatın peşə qaydalarından bixəbər olan insanlar bu gün var. Və bu insanlar bir çox hallarda çap mətbuatından elektron media qurumlarına transfer olublar. Onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün, çirkin məqsədlərinə nail olmaq üçün şantaj, böhtan, qərəz xarakterli materialları tirajlamaqla insanların şərəf və ləyaqətini alçaltmağa maraq göstərirlər. İnsanların şəxsi həyatına, ailə həyatına müdaxilə etməyə cəhd göstərirlər. Bu da təbii ki, həm jurnalistlərin peşə davranış qaydaları ilə, həm də qanunvericiliklə yolverilməzdir. Ümumiyyətlə, vətəndaşlıq prinsipi ilə də qəbul edilməz bir haldır”.

Vüqar Rəhimzadə bildirir ki, bu hal bu gün bir çox YouTube kanallarında tüğyan edir. Kökü olmayan, təhsili olmayan jurnalistikaya aid olmayan, jurnaslitikadan bixəbər olan insanlar youtube kanalları yaradaraq, cəmiyyətə mənəvi terror hərəkətləri törədirlər. Və cəmiyyəti, insanları psixoloji təsirlərə məruz qoyurlar. Bu, yolverilməz haldır və çox böyük bir cinayətdir.

“Son dönəmdə biz sadə, sadəlöv insanların belə ünsürlərin qurbanına çevrildiyinin şahidi oluruq. Bu gün bir çox sosial şəbəkələrdə və yaxud YouTube kanallarında insanlara qarşı yalnız manevrlərin, aldadıcı hərəkətlərin baş verdiyinin şahidi oluruq. İnsanların həm mənəviyyatına zərbə vururlar, həm də onları aldararaq, müəyyən qədər vəsait əldə etməyə cəhd göstərirlər. Bununla bağlı qanunvericiliyin bütün tələbləri ilə ciddi bir mübarizə aparılmalı, ciddi ölçü götürülməlidir. Bu, həm cəmiyyətin, həm də jurnalistika sahəsində çalışan insanların sağlam jurnalistikaya xidmət göstərən insanların arzu istəyidir” - deyən redaktor bildirir ki, belə hallara qarşı hamılıqla mübarizə aparmaq lazımdır. Qətiyyətli mövqe nümayiş etdirmək lazımdır. Bu hallar bütövlükdə cəmiyyətin, jurnalistikanın saflaşmasına xidmət edən hallardır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »