Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib
Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib.

Bizimyol.info xəbər verir ki, nazir bununla bağlı “Twitter“ hesabında paylaşım edib.

Paylaşımda bildirilir:

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

Son xəbərlər
Bütün xəbərlər »