Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: 23-29 may 2022 - Qarşınızda yeni imkanlar açılacaq
Həftənin ulduz falı: 23-29 may 2022 - Qarşınızda yeni imkanlar açılacaq

Bizimyol.info 23-29 may, 2022-ci il tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qoç - Bənzətmə ilə ifadə etsək, bu həftə səbrli olaraq dik pilləkənlərlə üzü yuxarı qalxmalı olacaqsınız. Belə olan halda çoxlu xırda problemlər yaranacaq. Cümə gününə qədər hər kəsə faydalı məsləhətlər vermək və hər fürsətdə başqalarına yaşamağı öyrətmək istəyiniz ola bilər. Buna ehtiyac yoxdur. Həftə sonu başlayan iş uğurla başa çatacaq.

Əlverişli gün - şənbə, əlverişsiz gün - cümə axşamı.

Buğa - Önümüzdəki həftədə işlər sizdən inanılmaz çalışqanlıq tələb edə bilər. Ulduzların məsləhəti budur ki, indi diqqətinizi ən vacib işlərə yönəldin, kiçik işlərdə asılıb qalmayın. Yeni ideyalar və təmaslar uğur gətirə bilər, eyni zamanda, lazımsız və boş görüşlərdən qaçmağa çalışın. Rəhbərlərinizin gözündə mümkün qədər təvazökar olmalısınız. Həftə sonu dostların dəstəyinə arxalana bilərsiniz.

Əlverişli gün - çərşənbə, əlverişsiz gün - bazar ertəsi.

Əkizlər - Mayın 23-dən 29-na kimi sizə həm işdə, həm də evdə tələbat olacaq. Problemlər istəmirsinizsə, o zaman macəraçılıq həvəsinizi kənara qoyun. Məişət problemlərinə görə yaxınlarınızla mübahisələr istisna deyil, boş vaxtlarınızı təklikdə keçirməyə çalışın. Həftə sonu hətta sadəcə, istirahətdə olduğunuz vaxt da çox şeyə nail ola bilərsiniz.

Əlverişli gün - cümə axşamı, əlverişsiz gün - cümə.

Xərçəng - Enerjinizi açıq-aşkar mümkün olmayan məqsədlərə sərf etməməyə çalışın. Komanda şəklində işləməyə hazır olun və məyus olmayacaqsınız. Duyğularınızı idarə edin və görəcəksiniz ki, baş verənləri yalnız sakit qiymətləndirmək sizə uğur gətirir. Həftə sonu mütləq yaşlı nəslin müdrik məsləhətlərinə qulaq asın və müvafiq nəticələr çıxarın.

Əlverişli gün - çərşənbə axşamı, əlverişsiz gün - cümə.

Şir - Gərəksiz hərəkətlər etməməyə çalışın, təlaş sizi yalnız yoracaq, amma təmkinli olmaq çox şeyi anlamağa kömək edəcək. Sağlamlığınıza diqqət edin. İşgüzar tərəfdaşlarla münasibətlərdə heç bir günahınız olmadan kiçik münaqişələrə düşə bilərsiniz. Əsəblər sakitləşənə qədər gözləmək, sonra təşəbbüsü öz əlinizə almaq düzgün olardı.

Əlverişli gün - çərşənbə, əlverişsiz gün - cümə axşamı.

Qız - Həyat tam sürətlə getsə də, bir çox planlarınıza köklü şəkildə yenidən baxmalı olacaqsınız. Özünüzə inamsızlığın ən kiçik təzahürü ilə də amansızcasına mübarizə aparmalısınız. Mümkün olan hər yerdə dəstək axtarın, amma irəliyə getməkdən imtina etməyin. Həftə sonu lazımsız və köhnə əşyaları atmaq və yenisini almaq üçün əlverişli zamandır.

Əlverişli gün - çərşənbə axşamı, əlverişsiz gün - cümə.

Tərəzi - Səbr və məqsədyönlülük tamamilə hər şeyə kifayətdir. Ən azı bir gün təmizlik və ya mənzilin xırda təmiri üçün vaxt ayırmağa çalışın və siz onu mükəmməl səviyyədə qaydaya salacaqsınız. Həftə sonu aldanıb məyus ola biləcəyiniz böyük və səs-küylü əhatələrdən uzaq durun.

Əlverişli gün - bazar ertəsi, əlverişsiz gün - çərşənbə.

Əqrəb - Sizi işlərin mahiyyətinə nüfuz etmək üçün qarşısıalınmaz bir istək bürüyə bilər. Çox vəziyyətlər sizə yeni baxış bucağından açılacaq. Lakin fəaliyyətinizin zərərinə təhlillər aparmayın. Gecikməyin, dəqiq olun və məsuliyyətlə yanaşın – o zaman sizi qiymətləndirəcəklər. Başqalarına əsəbiləşmək üçün səbəb verməyin. Dəyişiklik arzusu sizi həftə sonu qətiyyətli addımlar atmağa sövq edəcək.

Əlverişli gün - cümə axşamı, əlverişsiz gün - çərşənbə.

Oxatan - Təbiətdə daha çox vaxt keçirməyə çalışın, həddindən artıq yükləməyin, bu həm işin nəticələrinə, həm də səhhətinizə təsir edə bilər. İşdə güzəştə getmək, təşəbbüs göstərərkən həmkarların maraqlarını nəzərə almaq arzuolunandır. Həftə sonu özünüzü lazımsız görüşlərdən və təmaslardan uzaq tutun.

Əlverişli gün - cümə, əlverişsiz gün - çərşənbə axşamı.

Oğlaq - Bu həftə gələcək ideya və təklifləri qəbul etməyə tələsməyin, daha əlverişli anı gözləyin. Başqalarına qarşı daha diqqətli olun və onların məsləhətlərinə laqeyd yanaşmayın. Şəxsi münasibətləri gücləndirin. Həftə sonu sizi müvəqqəti tənhalıq gözləyir, lakin bu, əhvalınıza və vəziyyətinizə müsbət təsir edəcək.

Əlverişli gün - çərşənbə axşamı, əlverişsiz gün - cümə axşamı.

Dolça – Köhnə ideyalarınızı və planlarınızı özünüzdə saxlayın. Qarşınızda şanslı olacağınız yeni imkanlar açılacaq. Problemlərin həllini qeyri-müəyyən müddətə təxirə salmayın, əks halda dostlarla münasibətlərdə çətinliklər yarana bilər. Vaxt itirməyə haqqınız yoxdur.

Əlverişli gün - çərşənbə, əlverişsiz gün - çərşənbə axşamı.

Balıq - Dostlarınızın və həmfikirlərinizin bütün işlərinizdə fəal iştirak etməsinə icazə verin. Öz planlarınızla davam edin, ancaq ailənizə də laqeyd yanaşmayın. Təcili bir məsələnin həlli ilə bağlı fərqli fikirlərə görə səlahiyyətli şəxslərlə müəyyən çəkişmələr ola bilər. Həftə sonu uşaqların tərbiyəsi ilə ciddi şəkildə məşğul olmaq istəyinizi bir kənara qoyun.

Əlverişli gün - çərşənbə, əlverişsiz gün - bazar ertəsi.

Son xəbərlər
Bütün xəbərlər »