Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ekspertlərə qulaq assaydıq, indi Ukraynanın yarısında Rusiya bayrağı dalğalanmalıydı"
"Ekspertlərə qulaq assaydıq, indi Ukraynanın yarısında Rusiya bayrağı dalğalanmalıydı"

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsini və Rusiyanın işğal etdiyi əraziləri geri almasını mümkünsüz hesab etmir. O bu barədə “The New York Times” nəşrinin "Ukraynanın Rusiyaya qalib gəlməsi real görünmür, ərazi güzəştinə getməlidir" şəklində mülahizələrinə cavab olaraq bildirib.

Bizimyol.xarici mətbuata istinadla xəbər verir ki Pololyak bildirib ki, “Rusiya güclü olduğu üçün Ukrayna ərazilərini qurban verməli olacaq” sözlərini eşidirsinizsə, bunu artıq ruhunu itirmiş və uduzmuş adam deyir.

“Ekspertlərə qulaq assaydıq, o zaman Ukrayna qışda üç dəfə donmalı, martda işıqsız qalmalı və artıq ölkənin yarısında Rusiya bayrağı dalğalanmalı idi. Başqa bir dəhşət hekayəsi isə belədir: ölkə gələn qışdan sağ çıxmayacaq, insanlar işsiz küçədə qalacaq. Hər dəfə kimsə “filan şey mümkün deyil” deyəndə biz vaz keçsəydik, bu gün ölkəmiz olmazdı. Bizim başqa ölkəmiz yoxdur, nə üçün mübarizə apardığımızı bilirik. Ona görə də qalib gələcəyik”.

Qeyd etdiyimiz kimi bir neçə gün əvvəl Amerikanın “The New York Times” nəşri qeyd edib ki, Ukraynanın Rusiya ilə müharibədə qələbəsi indi qeyri-real görünür və Ukrayna ərazilərindən verməli olacaq.

Bir müddət əvvəl “The New York Times” yazırdı ki, ABŞ və NATO Ukraynanın mübarizəsini dəstəkləyəcəklərini nümayiş etdirdilər və döyüşlər necə başa çatsa da, ABŞ və müttəfiqləri Ukraynanın yenidən qurulmasına kömək etməyə hazır olmalıdırlar. ABŞ və NATO artıq hərbi və iqtisadi vəziyyətə dərindən qarışıb və qeyri-real gözləntilər onları daha da bahalı və uzun sürən müharibəyə cəlb edə bilər.

Müharibə davam etdikcə ABŞ prezidenti Co Bayden də prezident Vladimir Zelenskiyə başa salmalıdır ki, ABŞ və NATO-nun Rusiyaya müqavimət göstərməsinin, eləcə də bu müqaviməti Ukrayna təmin edə biləcəkləri silah, pul və siyasi dəstəyin həddi var.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »