Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu qanun narkotikdən istifadə artımına səbəb ola bilər"
"Bu qanun narkotikdən istifadə artımına səbəb ola bilər"

Az əvvəl Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edildi. Belə ki, bundan sonra satış məqsədi olmadan az miqdarda istifadə və hazırlamaya görə 300-400 manat cərimə və ya 2 ayadək inzibati həbs tətbiq ediləcək. Bu qanun dəyişikliyi, ölkədə narkotik istifadəçilərinin sayının artmasına səbəb ola bilərmi?

“Avropya inteqrasiaya doğru gedirik. Mən Hollandiyada doğulmuşam. Hollandiya ilk ölkələrdəndir ki, narkotik satışını leqallaşdırıb. Orada istənilən növ narkotikdən istifadə də olunur, satılır da. Məsələn, mən özüm bir dəfə alış-veriş zamanı maraqlandım. Çupa-çupsun daxilində var. Kanabis tərkibli şokoladlar da var. Narkotik tumları ilə hazırlanmış məhşur holland pendirləri satılır. Yəni hər bir şeyin içində ağlasığmaz, fantaziyaya və istəklərə uyğun hər şeyin içində var. Orada azadlıqdır, hər kəs istifadə edə bilər. Qonşu ölkədə müəyyən dozada istifadəni leqallaşdırıblar. Yəni müəyyən doza var ki, həmin miqdarla tutulan şəxslər hüquqi baxımdan məsuliyyət daşımır”.

Bu barədə Bizimyol.info xəbər portalına narkotik istifadəçilərinin müalicəsi istiqamətində çalışan psixoloq Ramin Hacıyev daşınıb. O, qeyd edir ki, onsuz da Azərbaycanda bu problem var.

Ramin Hacıyev Ramin Hacıyev

“Mən narkotik asılılıqdan əziyyət çəkən insanları müalicə edirəm. İşin içində olan bir mütəxəssis olaraq, mövzunu daxildən görən biri kimi deyə bilərəm ki, bu qanundan sonra bizneslə məşğul olanların bazarı hərhansı məqsədləri azalmış ola bilər. Bunu bir proqnoz kimi qəbul edə bilərik.

İnsan fəlsəfəsinə xas olan bir xüsusiyyətdir ki, nəyisə məhdud formada insanlardan saxlayanda insanlar ona doğru daha çox meyl edir. Və onun istifadəçisidirsə, hər bir yolla onun qeyri-leqal yolla tapır və istifadə edir. Əgər bunun məhdudiyyət olmadan satışı təşkil olsa, bəlkə o baxımdan insanlar buna maraq azalma ehtimalı ola bilər. Çünki əgər məhdud deyilsə, insanların diqqətini çəkməyəcək. Bəlkə də çəkəcək”. - deyən ekspert qeyd edir ki, o tamamilə narkotikin hər bir formasına qarşıdır.

“Yəni onun qətiyyən leqallaşmasına nüsbət baxmıram, bu mənim şəxsi düşüncəmdir. Sadəcə, digər ölkələrin təcrübəsinə əsaslanaraq bunu təhlil edirəm. Mən narkotikin leqal və qeyri-leqal hər bir formasına qarşıyam. Çünki bu maddə insanlarda, xüsusən yeniyetmələrdə marağın yaranmasına səbəb ola bilər. Uşaqlıq dönəmini yaşayanlarda, yeniyetmələr və gənclərdə bu problem müşahidə edilə bilər. Mən yeniyetmələrə işlədiyim üçün onların psxologiyasının hər bir formasına bələdəm. Bilirəm ki, yeniyetmələr hər şeyə maraq göstərir. Bu qanun haqqında hansısa sosial şəbəkələrdə, mediada və ya xəbər portallarında məlumat olacaq. Bu məlumatları insanlar bir-biri ilə paylaşacaq və paylaşan zaman bu bir növ təbliğ olunmuş kimi olacaq. Bu səbəbdən də hətta kiminsə marağında olmasa belə, marağını çəkə bilər. İstifadə artımına da səbəb ola bilər. Mən buna görə də narahatm. Yəni bu qanun belə də reaksiya verə bilər”,- deyə ekspert bildirib.

P.S. Yəni bundan sonra uşaqlarımızla daha diqqətli davranmalı, onları nəzarətdə saxlamalıyıq. Çünki az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilirsə, bunu bizim uşaqlarımıza öyrəşdirmək üçün fürsət axtaranlar mütləq olacaq. Ola bilsin ki, 2-3 dəfə bunu satmasınlar, hədiyyə kimi versinlər. Yeniyetməlik dövründə uşaqların hər şeyə maraqlı olduğunu nəzərə alsaq, heç kim “mənim uşağım etməz” deyib geri çəkilməsin. Daha diqqətli olun. Cəzasızlıq yeni cinayətlərin yaranmasına səbəb olur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »