Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda Azərbaycan və Türkiyə əleyhinə etirazlar yenidən başlayıb - Video
İrəvanda Azərbaycan və Türkiyə əleyhinə etirazlar yenidən başlayıb - Video

Ermənistan paytaxtında Nikol Paşinyan hökumətinin istefası tələbi ilə müxalifətin təşkil etdiyi itaətsizlik aksiyaları yenidən başlayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatında verilən məlumata görə, səhər saatlarında nümayişçilər şəhərdə nəqliyyatın hərəkətini iflic etmək üçün bir neçə küçəni bağlayıblar.

O cümlədən, Nor-Nork inzibati rayonunda Müdafiə Nazirliyinin binasına gedən Moldovakan küçəsi indiyədək qismən bağlanıb. Erməni müxalifəti Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Polis də öz növbəsində etirazçıları yolun kənarına sıxışdıraraq hərəkəti açmağa çalışır. İrəvanın digər ərazilərində, xüsusən də Arabkir inzibati rayonu Hovsep Emin küçəsində də nəqliyyatın hərəkətini dayandırmaq cəhdləri edilir. Puşkin-Teryan küçəsi bağlanıb, artıq bir neçə etirazçı saxlanılaraq polis bölməsinə aparılıb. Etirazçılar Qapalı Bazarın yaxınlığındakı yolu zibil qutuları ilə bağlayıblar.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalifin etirazçı qüvvələri hökuməti Qarabağ məsələsində erməni maraqlarını təmsil etməməkdə ittiham edir və Paşinyanın kabinetinin istefasını tələb edir.

Qadir, Bizimyol.info

P.S: Özlərini məğlubedilməz sayan, kiminsə kölgəsində özlərinin "böyük" olduqlarına inandırmış ermənilər 44 günlük müharibədəki məğlubiyyətlərini hələ də qəbul edə bilmirlər. Azərbaycan ərazilərini "böyük qardaşları" sayəsində işğal edərkən bunun sonunun nə olacağını düşünməmişdilər. İndi nəticələrə qatlaşmaq zamanıdır. Bundan sonra Ermənistanda nə qədər hakimiyyət dəyişsə də, nəticə onlara xeyir verməyəcək. Onlar Ermənistanda hakimiyyəti dəyişə bilərlər. Sərhəddə bu mümükün olmayacaq, əgər dəyişiklik olacaqsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası olacaq. Çünki bölgədəki vəziyyətə Qalib Azərbaycan Ordusu nazərət edir.

Son xəbərlər
Bütün xəbərlər »