Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
Gürcüstanın Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi

Rusiyanın başlatdığı Ukrayna müharibəsinin 80-ci günü fonunda Gürcüstanda Cənubi Osetiyada regionda gərginliyi artıracaq hadisələr baş verir.

Bizimyol.info xəbər verir ki, xarici medianın yaydığı məlumata görə, Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiya regionu Rusiyanın tərkibinə daxil olmaq üçün iyulun 17-də referendum keçirəcəyini açıqlayıb. Məlumata görə, Cənubi Osetiya lideri Anatoli Bibilov referendumun keçirilməsini nəzərdə tutan fərman imzalayıb. Cənubi Osetiya Seçki Komissiyası da referenduma hazırlığın başladığını elan edib. Seçkidə məğlub olan Bibilovdan kürsünü mayın 21-də alacaq Alan Qaloyev daha əvvəl açıqlamalaırnda bildirmişdi ki, Rusiyadan icazə alan kimi referenduma gedəcək.

Qeyd eədk ki, Rusiya və Gürcüstan 2008-ci ildə Cənubi Osetiyada döyüşüb və bu prosesdə Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya regionları Gürcüstandan birtərəfli şəkildə müstəqilliklərini elan ediblər. Rusiya bu iki rayonun müstəqilliyini tanıdıqdan sonra Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsmişdi.

Rusiyanın Ukraynada işğalı davam edərkən Cənubi Osetiyada keçiriləcək referendum regionda yeni böhranı alovlandıra bilər. Gürcüstanın xarici işlər naziri David Zalkaliani daha əvvəl referendumla bağlı bəyanatın qəbuledilməz olduğunu bildirmişdi. ABŞ və Avropa Birliyi də Rusiyanın Cənubi Osetiyada mövcudluğunun Gürcüstanın suverenliyinə zidd olduğunu bildirir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevral ayında Ukraynanın şərqindəki Moskvanın dəstəklədiyi Donetsk və Luqansk xalq respublikalarının birtərəfli müstəqilliyini tanıyıb və ölkədə “hərbi əməliyyata” başlayıb.

Rusiya Ukraynanın bir hissəsi olan Krımı 2014-cü ildə Rusiyanın tərkibinə daxil olmasını təsdiqləyən referendumdan sonra ilhaq edib.

İrakli Qaribaşvili İrakli Qaribaşvili

Gürcüstanın hazırkı hakimiyyəti, xüsusən də baş nazir İrakli Qaribaşvili Rusiyaya yaxınlığı ilə seçilir. Rusiyanın Ukraynaya qarşı təcavüzündə də az qala Moskvanı müdafiə edən Gürcüstan hakimiyyəti Kremldən təşəkkür gözlədiyi halda növbəti zərbəni aldı. Bir çox hallarda "yaltaqlıq" adlandıra biləcəyimiz jestlər heç bir nəticə vermədi. Bu hadisə bir daha göstərdi ki, Rusiya ilə bərabər əsaslarda yaxşı münasibətlərin qurulması mümkün deyil.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »