Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siqaret karlığa səbəb olur
Siqaret çəkənlərin içməyənlərlə müqayisə etdikdə, eşitmə qabiliyyətinin itməsinə düçar olma ehtimalı 70% daha yüksəkdir.

Deyerler.org bildirir ki, xərçəng, ürək xəstəliyi, tənəffüs problemləri və daha nə qədər... Siqaret çəkmə vərdişinizlə əlaqəli sağlamlığınızı təhdid edən risklər bunlarla məhdud deyil. Əgər siqaret çəkirsinizsə - ya da siqaret çəkən biri ilə yaşayırsınızsa, eşitmə sağlamlığınız da risk altındadır.

Mütəxəssislər, siqaret və eşitmə itkisi arasındakı təhlükəli əlaqə haqqında bu məlumatları verdi: "Eşitmə mütəxəssisləri 1962-də edilən ilk işdən bu yana siqaret çəkilməsinin eşitmə itkisinə səbəb olduğundan şübhələnirlər. Bununla birlikdə, davam edən işlər də bunu təsdiqləməkdədir. American Medical Association Jurnalında nəşr olunan elmi məqaləyə görə, siqaret çəkənlərin siqaret çəkməyənlərlə müqayisə etdildə, eşitmə itkisinə tutulma nisbətinin 70% daha yüksək olduğu ifadə edildi. İş eyni zamanda, siqaret çəkməyib də siqaret çəkən birilə yaşayanların, belə bir təsirə məruz qalmayanlarla müqayisə etdikdə, ikiqat daha çox eşitmə itkisi riskinə sahib olduqlarını söyləyir".

Son xəbərlər
Bütün xəbərlər »