Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İl sonuna aqrar bazarda buğda qıtlığı yaranacaq - Araşdırma
İl sonuna aqrar bazarda buğda qıtlığı yaranacaq - Araşdırma

İşğaldan öncəki illərdə olduğu kimi, bu gün də Qarabağ ərazisində aqrar sektorun inkişafı üçün böyük potensial var. Ekspertlər qeyd edirlər ki, Rusiya-Ukrayna müharibəsi ölkəmizdə taxıla olan tələbatını artırıb. Bu baxımdan Qarabağ da xüsusilə taxılçılığın inkşafı üçün müəyyən addımlar atılmalıdır.

Milli Məclisin üzvü Tahir Rzayev açıqlamasında bildirir ki, həmin sahələrə müasir texnologiyalar cəlb olunmalı, həcmlərin artılırmasından çox məhsuldarlığın artırılması ön planda olmalıdır. Artıq 10 min hektarlarla torpaqlar əkinə hazırlanır, kənd təsərrüfatı məhsullarının yetişdirməsi üçün dövlətin əsaslı tədbirləri var. Həmin ərazilər minalardan təmizləndikdən sonra orda taxıl əkmək məsələsinə daha ciddi yanaşmalıdır. Çünki respublikamızın kənd təsərrüfatı məhsullarının idxalında ən böyük asılılığı ərzaqlıq buğdanın payına düşür. Ukraynadan götürüləcək icarə torpaqlarla bağlı məsələ Rusiya-Ukrayna müharibəsinə görə ləngiməkdə davam edir. Hansı ki bu torpaqlarda buğda əkiləcəkdi. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra da infrastrukturla bağlı Ukraynanın ciddi problemləri olacaq. Çünki yollarda problemlər yaranıb, körpülər, dəmir yolları zədələnib. Bu fonda müharibə bitdikdən sonra da Ukraynadan gələn məhsulların həcmində artım olması gözlənilmir.

Dünya bazarında ixrac baxımından Avstraliya, ABŞ, Kanadadır. Müxtəlif ölkələrdən ala bilərik. Dünya bazarında kifayət qədər taxıl var. Sadəcə, qiymətlər baha olacaq.

Azərbaycanda taxıla ƏDV-nin olmadığını bildirən sahibkarlar deyir ki, bircə daşınma xərcləri baha başa gələr ki, onu da dövlətin verdiyi subsidiya ilə həll etmək olar.

Hazırda ərzaqlıq buğda üçün ehtiyacımızın 42/43 faizi idxal hesabına ödənilir işlərinin sürətlə gedişatı bu göstəricilərin 50 faizini azaldacaq. Bu həcmin ölkənin daxili bazarını cari aqrar ilin sonuna - 2022-ci ilin iyun ayına qədər nə səviyyədə təmin edəcəyi tam aydın deyil. Aydın olan odur ki, ilin sonuna istər-istəməz aqrar bazarda buğda qıtlığı yaranacaq. Bu da hazırda dünya bazarında hər ton üçün 340 dollara çatan qiymətləri bir qədər də artıracaq və ölkənin qida sənayesi bu çağırışa hazır olmalıdır.

Havar, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »