Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sağlam Düşüncə” Gənclər Təşkilatı EKOmiks layihəsi çərçivəsində təqdimat keçirib
“Sağlam Düşüncə” Gənclər Təşkilatı EKOmiks layihəsi çərçivəsində təqdimat keçirib

1 aprel tarixində "Sağlam Düşüncə" Gənclər Təşkilatının Azərbaycandakı Fransa Səfirliyinin dəstəyilə keçirdiyi “EKOmiks” layihəsi çərçivəsində hazırladığı “Xəzərin sahilində” adlı komiks jurnalının təqdimatı baş tutub.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı EKOmiks layihəsi çərçivəsində təqdimat keçirib

"Sağlam Düşüncə" Gənclər Təşkilatından Bizimyol.info xəbər portalına bildirilib ki, təqdimat mərasimində komiks jurnalının yaradıcı heyəti, gənclər təşkilatının üzvləri, Fransa səfirliyinin və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının nümayəndələri iştirak ediblər.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı EKOmiks layihəsi çərçivəsində təqdimat keçirib

Təqdimatda giriş nitqi ilə çıxış edən "Sağlam Düşüncə" Gənclər Təşkilatının sədri, Orxan Bayramov ''EKOmiks'' layihəsi, eləcə də təşkilatın ətraf mühitin qorunması istiqamətində həyata keçirəcəyi yeni layihələr barədə ətraflı məlumat verib. Daha sonra təşkilatın baş katibi Nigar Müzəffərova komiks jurnalının hazırlanması və onun mövzusu barədə ətraflı məlumat verərək, jurnaldakı hekayənin xülasəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Fransa Səfirliyinin mədəniyyət və əməkdaşlıq işləri üzrə müşavir cənab Jerom Kelin çıxış edərək, tullantıların ətraf mühitə vurduğu zərər və onların gətirib çıxardığı nəticələrə toxunub.

“Sağlam Düşüncə” Gənclər Təşkilatı EKOmiks layihəsi çərçivəsində təqdimat keçirib

2021-ci ilin mart ayında start götürən layihənin əsas məqsədi Sumqayıt məktəblilərinin komikslər vasitəsilə ətraf mühit problemləri və ekoloji faktorların insan rifahına təsiri barədə məlumatlandırılması və onların yaradıcılıq və innnovasiya bacarıqlarının inkişaf etdirilməsidir.

Hal-hazırda layihə üzrə işlər davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »