Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Atışmalara baxmayaraq Formula 1 baş tutacaq
Atışmalara baxmayaraq Formula 1 baş tutacaq

Yəmənli husilərin raket hücumuna baxmayaraq, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Formula 1 yarışı martın 27-də baş tutacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə FİA məlumat yayıb.

Sürücülər əvvəllər öz təhlükəsizlikləri ilə bağlı narahatlıqlarını bildiriblər və tədbirin şəhərdə keçirilməsinə etiraz ediblər. Lakin təşkilatçılar təhlükənin olmadığını bildirərək yarışın razılaşdırılmış qaydada keçiriləcəyini bildirib.

Xatırladaq ki, husilər benzin, dizel və aviasiya yanacağının saxlandığı Səudiyyə neft şirkəti Aramco-nun bazasına raket zərbələri endiriblər.

Buna cavab olaraq Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Husilərin Səna və Hudeydadakı bazalarına hücum edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »