Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Marketinq internet olmadan tam fəaliyyət göstərə bilməz”
“Marketinq internet olmadan tam fəaliyyət göstərə bilməz”

Bu gün biznes bazarı hərtərəfli çox rəqabətlidir. Bu o deməkdir ki, kiçik, orta və iri biznesin bütün nümayəndələri öz marketinq fəaliyyətlərinə yenidən baxmalı və onun effektivliyini artırmalıdırlar.

Marketinqin transformasiyasından danışarkən, ilk növbədə, müasir texnologiyaların tətbiqindən danışırıq: innovativ texnologiya, telekommunikasiya və s. Bütün bunlar olmasa, irəliləyiş mümkün deyil və konservativ tədqiqat metodlarına əməl edən şirkətlərin iflası qaçılmazdır.

İT mütəxəssisi Səkinə İlqarqızı məsələ ilə bağlı Bizimyol.info saytına açqılaması zamanı bildirib ki, yeniliklərin tətbiqi xüsusi proqramlardan istifadə etməklə şirkətlərdə proseslərin tədricən avtomatlaşdırılmasını nəzərdə tutur.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Proqramlar, iş proseslərinin müddətini əhəmiyyətli dərəcədə azaldır, işçilərin qarşılıqlı əlaqəsini asanlaşdırır və ümumilikdə şirkətin işini daha səmərəli edir.

Marketinq İNFORMASİYA sistemi ( MİS) marketinq məlumatlarını toplayır, saxlayır, təhlil edir və ehtiyacı olan menecerlərə və şöbələrə paylayır.

MİS üç komponentdən ibarətdir:

1.Təhlil və saxlama üçün nəzərdə tutulmuş məlumatlar.

2. Məlumatları toplayan və təhlil edən və sonra nəticələrdən hesabat yaratmaq üçün istifadə edən kompüter avadanlıqları və proqram təminatı.

3. Marketinq və reklam büdcəsini təyin edib, strategiyaya nəzarət edən şəxslərə hesabatlar göndərən verilənlər sistemi.

MIS marketinq informasiya sisteminin daxilində dörd növ məlumat bir neçə mənbədən məlumatları emal edə bilən çoxfunksiyalı sistem kimi fəaliyyət göstərir.

Bu məlumatlar adətən dörd kateqoriyadan birinə : 1.Əldə edilmiş verilənlər bazası: Böyük miqdarda marketinq, satış və istehlakçı məlumatı onlayn olaraq əldə edilir.

2.Şirkətdaxili məlumatlar: Şirkət daxilində satış və marketinq məlumatları MİS-ə göndərilə və hesabatlara çevrilə bilər.

3. Marketinq analitikası: İnternetdə məlumatları izləyən intellektual sistemlərdən istifadə etməklə əldə edilən rəqiblər, bazar dəyişiklikləri və s.

4. Marketinq tədqiqatı: MIS-ə inteqrasiya olunmuş marketinq tədqiqatının nəticələri”.

İT mütəxəssisinin sözlərinə görə, bu gün marketinq internet olmadan tam fəaliyyət göstərə bilməz. Bu, məlumat ötürülməsinin yeni formalarının yaranması, şirkətlərin marketinq fəaliyyətinin sistemli dəstəyi üçün yüksək səmərəli innovativ avadanlıqların tətbiqi ehtiyacı ilə bağlıdır.

“İnternetdə marketinq fəaliyyəti çərçivəsində belə sahələr mövcuddur: məhsulların onlayn satışı, onlayn mağazaların yaradılması və onların fəaliyyətinin dəstəklənməsi; şirkətlərin mal və xidmətlərinin funksional növləri üzrə təşviqi (bank kartlarının satışı, internet vasitəsilə sığorta və s.); İnternet reklamının istifadəsi (kontekstli, banner, ünvanlı).

Bir daha vurğulamaq istərdim ki, marketinq artıq informasiya texnologiyaları olmadan fəaliyyət göstərə bilmir və bir çox şirkətlər iki funksiyanı yerinə yetirmək üçün ümumi şöbələr yaradırlar, yaxud hər iki sahəni bilən insanların işə qəbulunu həyata keçirirlər”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »