Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Putinə yenidən zəng etmək niyyətindədir
Makron Putinə yenidən zəng etmək niyyətindədir

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə yaxın gələcəkdə yeni telefon danışığı etmək niyyətində olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.

"Rusiya ilə dialoq aparmasa, Avropa təhlükəsiz ola bilməz. Bu, bizim tariximiz, coğrafiyamızdır. Ona görə də yaxın bir neçə saat ərzində mən prezident Putinlə yenidən danışmaq niyyətindəyəm", - deyə o, jurnalistin Rusiya lideri ilə dialoqla bağlı sualını cavablandırıb. Onun sözlərinə görə, əsas vəzifə ən qısa zamanda atəşkəsi təmin etməklə Ukraynadakı münaqişənin gedişində “ən pis vəziyyətdən çıxmaqdır”.

Fransa lideri bildirib ki, ümumən Rusiya lideri ilə danışıqların gedişindən razıdır. Buna misal olaraq Ukrayna ərazisində atom elektrik stansiyalarının (AES) təhlükəsizliyinin təmin edilməsi və onların fəaliyyətinə MAQATE tərəfindən nəzarət edilməsinə dair razılaşmanı göstərib. Bununla belə, danışıqları "davam etmək lazımdır".

“Biz sülh üçün şəraiti indidən hazırlamalıyıq. Çünki müharibə bitəndən sonra hamı bir masa arxasında oturacaq və o zaman kimin nə vədlər verməyə hazır olub-olmadığı qənaətinə gəlinəcək. Ona görə də hazırlaşmaq üçün indi danışmalıyıq”, – prezident deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »