Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meşəbəyi özünü rus hərbçiləri ilə birlikdə partladıb
Meşəbəyi özünü rus hərbçiləri ilə birlikdə partladıb

Ukraynalı meşə işçisi özünü rus hərbçiləri ilə birlikdə partladıb.

Bizimyol.info xəbər verir ki, David Sakvarelidze özünün "Facebook" səhifəsində yazır ki, martın 10-dan 11-nə keçən gecə Çerniqov vilayətində rusiyalı qarətçilər dəstəsi Repka rayon ovçular cəmiyyətinin rəhbəri Anatoli İvanoviç Kulqeykonun evinə soxulub.

Rusiya ordusu meşə işçisindən sonrakı repressiyalara görə ovçuların siyahılarını tələb edib. “Cavab olaraq Anatoli İvanoviç rusları "rədd olub getmələrini" deyərək əl qumbarasını partladıb. Özü öldü və bir neçə faşisti cəhənnəmə göndərdi. 300 nəfərdən çox insan onu dəfn etmək üçün toplanmışdı. Qəhrəmanı Repkidə dəfn etdilər”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »