Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Milli Teatrının 149 yaşı tamam olur
Azərbaycan Milli Teatrının 149 yaşı tamam olur

Bu gün Azərbaycan Milli Teatrının yaranmasından 149 il keçir. XIX əsrin sonlarında yararan teatr Azərbaycan mədəniyyətinin tarixində böyük hadisə olur. Belə ki, 1873-cü ildə martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulur. Teatr maraqla qarşılanır. Milli teatrın inkişafında Hacı Zeynalabdin Tağıyevin də böyük rolu olur. Hacı, Bakı şəhərində ilk teatr binasını tikdirir. Və beləcə Azərbaycan teatrı işinə başlayır. Hacının ərmağan etdiyi bu səhnədə Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev və Nəsibə Zeynalova kimi sənətkarlar yetişir.

O, bizim yaddaşlarımızda gülərüzü və nurani siması ilə qalıb. Şən gülüşləri, yumor hissi, zaraftaları ilə bəlkə də yaddaşlardan heç bir zaman silinməyəcək. "Can Züleyxa" deyə səslənərkən Məhəmmədə əsl qadın sevgisini hiss etdirən, "Gəlin mənim süpürgəmdir, harda qoysam orda da qalmalıdır" deyən Cənnət xala və s. obrazları ilə dövründəki cəmiyyətdə baş verənlərə qarşı öz mövqeyini ortaya qoyub. Söhbət Azərbaycanın kino və teatr aktrisası Nəsibə Zeynalovadan gedir. O, bakılı qızı idi. Atası Kərbəlayi Cahangir həm tacir, həm də aktyor idi. O, böyük mülkünü teatr kimi istifadə edir və aktyorların da dəyərini bilirdi. Nəsibə ailənin yeganə övladı idi. Deyilənə görə, Nəsibə dünyaya xüsusi köynəkdə gəlmişdi. Belə dünyaya gələn uşaqların xüsusi istedadı olurmuş. Nəsibədə teatr, sənət sevgisi də buradan qaynaqlanırdı.

1918-ci ildə Cahangir Zeynalov Bakını tərk edib, İrana gedir. Hadisələr sakitləşdikdən sonra Bakıya qayıdanda gəmidə xəstəliyə tutulur. Və dünyasını dəyişir. Nəsibə, atasını iki yaşı olanda itirmişdi. Atasının yeganə arzusu, tək övladının onun yolunu davam etdirməsi idi. Və beləcə aktrisanın həyat yolu başlayır. Kiçik yaşlarından işləməyə başlayan Nəsibə, müxtəlif iş yerləri dəyişdirir. Sonunda isə, Şəmsi Bədəlbəylinin yardımı ilə Flamnoniyada işə başlayır. Burada rəqs etməyi də öyrənir. O, həm Azərbaycan rəqslərini, həm də qərb musiqisi ilə gözəl rəqs etməyi bacarırdı. Bu bacarığı, onun aktrisalığa gedən yoluna işıq salır. Nəsibə, Müxtəlif filmlərdə və tamaşalarda böyük-kiçik rollar yaradır. Rollarının böyük və ya kiçik olmasından asılı olmayaraq, bütün obrazlara sevgi qatan Nəsibə tez bir zamanda hamının sevdiyi aktrisaya çevrilir.

Nəsibə Zeynalova,  öz yaradılcığında müxtəlif obrazlar yaradıb. Ən çox isə, qaynana obrazları olub. Yəni bu obrazlar daha canayaxın olub, sevilib. Cənnət xala obrazı isə, xüsusi bir maraq yaratmışdı. 1974-cü ildə Rauf Kazımovski, Nəsibə Zeynalovaya “Aktrisanın gülüşü” adlı film həsr edir. Bu filmdə aktrisanın həyat yolu, yaradıcılığı əks etdirilir.

Nəsibə xanım, ilk dəfə 40 yaşından sonra filmə çəkilir. Həmin dövrdə qədər o heç bir filmə dəvət edilmir. Amma bu gün Nəsib xanımın filmlərini izləyən zaman hər bölgənin öz ləhcəsini, xüsusi rəqslərini görmək olur. Teatra sevgi ilə yaşayan Nəsibə xanımın oğlu Cahangir Novruzov da Azərbaycanın sevilən kino və teatr aktyorudur. Bu gün Azərbaycan teatrı dedikdə gözümüz önündə Nəsibə xanım, Cahangir müəllim və digər adını Azərbaycan teatr tarixinə yazmış sənətkarlar gəlir. Teatra böyük sevgisi vardı Nəsibə xanımın. Demək olar ki, bütün həyatını yaradıcılığına həsr edir. Və 2004-cü il martın 10-da dünyasını dəyişir.

Nəsibə xanımın Azərbaycan teatrının dünyada tanınmasında böyük rolu olub. Bu gün bütün dünyada Nəsibə xanımın rollarını sevən minlərlə tamaşaçısı var. Çəkildiyi filmlərdə, rol aldığı tamaşalarda təkcə, rola girmirdi, rolu yaşayırdı. Rolları ilə Azərbaycan milli adət-ənənələrini dünyaya çatdırmağa çalışırdı. Və olursa, olsun üzündən gülüş əskik olmurdu. Fərqli aktrisa idi. Hələ flarmoniyada çalışan zaman  səhnə üçün ecazkar olmaması səbəbilə işdən azad edilmişdi. Səhnə üçün ecazkar hesab edilməyən aktrisa Azərbaycan teatr və kino sənətinin sevilən bir aktrisasına çevrildi.  Bu gün ölümündən 18 il keçir. Ancaq maraqlısı budur ki, onun rolları yeni nəslin də diqqətini çəkir, üzünə gülüş qondurur...

Azərbaycan kino-teatr sənətinin onlarla yaddaşlardan silinməyən sənətkarları olub. Və onlar bu işi təkcə qazanc naminə deyil, sevə-sevə görüblər. Bunu onların rol aldığı filmlərdə, tamaşalarda görmək olur. Onların dərdi məhşur olmaq da deyildi. İstəkləri Azərbaycan kino və teatr sənətinə töhfə vermək, yaddaşlarda qalmaq idi. Və onlar bunu çox gözəl bacardılar...

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Son xəbərlər
Bütün xəbərlər »