Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist Elçin Həmidovun anım günüdür
Əməkdar artist Elçin Həmidovun anım günüdür

Çoxu onu Məhəllə filmindən “Məzi” obrazı ilə tanıyırdı. Özü hər zaman insanlara güldürməyə çalışsa da əslində çox kədərli bir həyatı vardı onun. Üzünə baxanda, təbəssümünü görəndə hiss edirdin ki, bu gülüşün, bu təbəssümün altında çox ağır və acı bir həyat var.

Qorxurdu ölümdən, tək qalmaqdan qorxurdu. Ölüm haqqında düşünəndə, gərginləşirdi. Buna görə də ailə qurmamışdı. Deyirdi ki, ailə qurub kiminsə həyatı ilə oynamaq, həyatdan köçüb onu tək qoymaq istəmir…

Dərin düşüncəli biri idi əməkdar artist Elçin Həmidov. Uşaqlıqda validyenlərini itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Ancaq elə problemləri buradan başlayır. Aclıq, ağır işlər Elçinin uşaq ikən bütün həyat eşqini öldürür. Bacı-qardaşını erkən itirən Elçin, İncəsnət İnstitutunu bitirdikdən sonrab Musiqili Komediya Teatrında artist-vokalist kimi çalışmağa başlayır. Məlahətli səsi vardı. Bir çox tamaşalarda mahnıları ifa edir, müxtəlif obrazlarla insanların ürəyinə yol tapa bilmişdi. Onu parodiya sənətinin ustadı da adlandırmaq olardı. Elçin, bənzərsiz aktyor idi. Qadın və kişi obrazlarını böyük ustalıqla ifa edə bilirdi.

Aktyor, "Planet Parni iz Baku" KVN teatrının əsas simalarından idi. Elçin Həmidovun son obrazı “Evlənmə” komediyasında Yaiçnitsa obrazı olur.

Elçin müsahibələrinin birində deyirdi ki, qorxur. Bilir ki, yaxınları erkən dünyasını dəyişdiyi üçün o da erkən və tənha öləcək. Və qorxduğunu yaşayır, aktyor. 2011-ci ilin bu günü Elçin Həmidov dünyasını dəyişir. Tənha yaşadığı üçün ölümündən heç kim xəbər tutmur. Bir müddət sonra Elçinin işə gəlmədyini görən dostları evinə gəlir, nə qədər döysələr də qapını açan olmur. Fövqəladə Hallar Nazirlyinin əməkdaşlarının köməyi ilə qapı açılan zaman isə Elçinin tənhalıqda öldüyü məlum olur. O, Xırdalan qəbirstanlığında dəfn edilir.

Bu gün Elçin Həmidov tamaşaçılarının xatirində “Bakı oğrusu” filmindəki ifaçı, “Canavar balası” filmindəki Xoren, “Məhəllə” filmində Məzi, “Tam Məxfi” filmindəki Mübariz bəy, “Məşədi İbad” filmindəki Rüstəm bəy obrazları ilə qalıb.

Elçin insanlaırn xatirində təkcə rolları ilə deyil, yaşadığı acı həyatla da qalmışdı.

O deyirdi: “Bəzən o qədər ac qalırdım ki, aclıqdan kipriklərim tökülürdü”…

Həyatı cırmaqlayaraq qazanan Elçin məhşurluğun tam ortasında, sözün əsl mənasında istədiyi həyatı yenicə qazanmağa başlayanda bu dünya ilə vidalaşır. Deyilənə görə, aktyor ürəktutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »