Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” Rusiyaya getməkdən imtina edib
“Barselona” Rusiyaya getməkdən imtina edib

İspaniyanın “Barselona” klubu basketbol Avroliqasının müntəzəm çempionatının Sankt-Peterburq “Zenit”i ilə keçirəcəyi oyun üçün Rusiyaya uçmaqdan imtina edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İspaniya komandasının mətbuat xidməti məlumat yayıb.

Görüş fevralın 25-də Sankt-Peterburqda keçirilməli idi. Oyunun başlaması Moskva vaxtı ilə saat 20:00-a planlaşdırılıb.

Bundan əvvəl məlum olub ki, fevralın 25-də turnir rəhbərliyi Ukraynadakı vəziyyətin gərginləşməsi ilə əlaqədar Avroliqa mövsümünün davam etdirilməsini müzakirə etmək üçün iştirakçı klubların nümayəndələri ilə görüşəcək.

“Barselona” Avroliqanın turnir cədvəlində birinci yeri tutur, komandanın 25 matçda 20 qələbəsi var. "Zenit" 23 oyunda 14 qələbə qazanaraq 5-ci yerdədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »