Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qebreyesus: Bir həftədə 70 min insan ölürsə, demək epidemiya bitməyib
Qebreyesus: Bir həftədə 70 min insan ölürsə, demək epidemiya bitməyib

"Epidemiya onu sona çatdırmağa qərar verdiyimiz zaman sona çatacaq".

Bizimyol.info xəbər verir ki, bunu Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında iştirak edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Dr. Tedros Adhanom Qebreyesus, "COVİD-19" epidemiyasının son vəziyyətlə bağlı qiymətləndirmələr edərkən deyib.

Dünyanın "COVİD-19" epidemiyasına hazırlıqsız yaxalandığını xatırladan Qebreyesus: "Dünyanın pandemiyanı bitirmək istəyinə hazır olduğunu düşünmürəm və bu mövzuda ölkələrdən gözlədiyimiz investisiyaların reallaşmadığını görməkdən narahatam", - deyib.

"Bəzi ölkələrdə peyvənd nisbətinin yüksək olması və "Omicron" variantının daha yüngül xəstəliyə səbəb olması epidemiyanın bitdiyi ilə bağlı təhlükəli təsəvvürlərə yol açıb. Amma epidemiya hələ bitməyib”,- deyə o bildirib.

"Afrika əhalisinin yüzdə 83-ü hələ peyvəndin ilk dozasını almayıb. Qarşısı alına bilən epidemiyadan 70 min insan bir həftə ərzində ölürsə, epidemiyanın bitməsini düşünmək mümkün yanlışdır", - ÜST direktoru bildirib.

Kovid-19 infeksiyası davam etdikcə yeni variantların ortaya çıxa biləcəyini vurğulayan Qebreyesus: "Əslində indiki şərtlər daha yoluxucu və daha təhlükəli variantların ortaya çıxması üçün əlverişlidir. Amma bu il epidemiyanı aradan qaldıra bilərik. Qlobal fövqəladə vəziyyət nəzarət altındadır. Bu mövzuda həm materiallarımız, həm də məlumatımız var. Epidemiya onu bitirmək qərarına gəldiyimiz zaman sona çatacaq. Nəticədə, bu, bir ehtimal deyil, üstünlük məsələsidir", - açıqlamasını verib.

Qebreyesus, ÜST-nin keçən il başlatdığı "COVİD-19" Mübarizə Vasitələrinə Sürətli Giriş (ACT-A) təşəbbüsü çərçivəsində qlobal peyvənd bərabərsizliyinin qarşısını almaq üçün 16,8 milyard dollarlıq bir fond yaratmaq məqsədini xatırladıb. "Bu təşəbbüs vasitəsi ilə bütün ölkələr xəstəliklə mübarizə prosesinə töhfə verə bilər", - deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »