Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nərminin əsl qatili öz cinayətini etiraf edəcəkmi?
Nərminin əsl qatili öz cinayətini etiraf edəcəkmi?

Abşeronda 10 il əvvəl bibisioğlunu dənizdə boğub öldürən şəxs etdiyi cinayəti etiraf edib. Bir müddət əvvəl canlı efirdə Əfsanə adlı qadın qaynanasının onun günahından öldüyünü etiraf etmişdi. Bir neçə gün əvvəl isə Şabranda oğul anasını 10 il əvvəl öldürərək, həyətdə basdırdığını etiraf etmişdi... Bütün bu etiraflar günahkarlıq duyğusunun yaşatdığı hisslərdir.

Günahkarlıq duyğusu nədir?

Cinayətkar psixologiyasını yaxşı bilən Edgar Allan Poe adlı psixoloq qeyd edir ki, hər cinayət təbiətin toxumasını yırtır və reallıqda dərin bir yara açır. Yəni, cinayətkarlar belə düşünür. Psixoloqun qeydlərinə nəzərə salanda cinayət psixologiyasının Azərbaycanda necə başa düşdüldüyünü bir qədər anlamaq çətin olur.

Məsələn Poaya görə, hüquq mühafizə orqanları yüz illər boyu insanların davranışlarına baxaraq cinayəti açmağa çalışıblar. Əslində isə bu səhv bir addımdır. Cinayət daxili hisslərlə, davranışlar isə niyyətlərlə əlaqəlidir. Psixoloqa görə, bir çox qatil qurbanlarından xatirələr saxlayır və hətta qurbanlarının dəfn mrasimlərinə də qatılırlar.

Reallığın toxumasına yara vurduğu zaman qatil bu ağır travmanı iki yolla həzm edə bilir. Ya bunu etiraf edir, ya da adiləşdirir. İkinci yolu seçənlər cinayətləri adiləşdirir və sonradan yenə cinayət işləyirlər.

Məsələn, Paul Stepani adlı bir qatil hər cinayətindən sonra polisə zəng edib, ağlayaraq etdikərini danışar və yalvarardı ki, “məni qurtarın”. Həmin dövrdə media ona “ağlar səsli qatil” adını vermişdi. Villiam Heyrens adlı bir qatil isə uşaqları öldürdükdən sonra divarlara və güzgülərə “məni həbs edin, daha öldürmək istəmirəm” deyə yazılar yazarmış. Sonra isə polisə özü təslim olur. Edmund Kemper adlı cinayətkar isə bütün işlədiyi günahların səbəbkarı kimi anasını gördüyü üçün onu öldürdükdən təslim olur.

Qeyd edək ki, insanın bütün davranışlarında, xarakterinin formalaşmasında keçmişdə yaşadıqlarının, həmin an olan hisslərinin, bioloji xüsusiyyətlərinin böyük önəmi var. İnsan davranışları, iqlimdən tutmuş hormon səviyyəsinə qədər hər şeydən təsirlənir. Bir insanın cinayət işlməmişdən əvvəl, cinayəti işləyən zaman və cinayətdən sonrakı vəziyyəti günahkarlıq psixologiyası adlanır. Günahkarlıq psixologiyası daha çox cinayət etdikdən sonra günahkar şəxsin davranışlarında, həyatında peşmanlıqlar və davranışlarını əhatə edir. Özü cinayət işləməsə belə hərhansı bir formada iştirak etmiş və ya səbəb olmuş, cinayət işlənərkən şahid olmuş, müdaxilə etməmiş, şahidlik etməmiş və ya böhtan atmış, saxta şahidlik etmiş insanlarda günahkarlıq duyğusu yaranır. Günahkarlıq mövzusunda araşdırma aparılan zaman bir çox səbəbi bir yerdə düşünmək lazımdır. İnsanın daxili dünyası, fiziki, ruhi vəziyyəti, yaşadığı ailə, oyun oynadığı küçələr, məktəb, dostları və s. araşdırılmalıdır. Dediyimiz kimi hər şey insan davranışına təsir edir və insanlar hərhansı bir cinayəti işləyən zaman ətrafının da bunda müəyyən qədər rolu olmuş olur.

Hesab edirəm ki, yaxın zamanlarda Nərminin qatili də günahkarlıq duyğusu ilə öz cinayətini etiraf edəcək. Çünki insan öldürmək asan məsələ deyil. Bu insanın psixologiyasını zədələyir. Bunu psixologiya da sübut edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »