Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət idarəolunandır
Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət idarəolunandır

Ölkəmizdə və dünyada koronavirusa yoluxma sayı kəskin artıb.

Bizimyol.info xəbər verir ki, bu gün keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir qeyd edib ki, bunu “omikron” ştamı ilə əlaqələndirmək olar: "Ötən 10 həftə ərzində dünyada 90 milyon insan “omikron”a yoluxub. Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət idarəolunandır. Xəstələrin xəstəxanaya çatdırılmasında və müvafiq müalicələrin təmin edilməsində heç bir problem yoxdur", - deyə o qeyd edib.

“Hazırda “omikron”la yanaşı, “delta” ştamı da mövcuddur. Xəstəxanaya, xüsusilə də reanimasiyaya yerləşdirilənlər arasında tədqiqatlar aparılır. “Omikron” və “delta” ştamı ilə əlaqədar rəqəmlər ictimaiyyətə açıqlanacaq”, - deyə nazir vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »