Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vətən Müharibəsi iştirakçılarının haqqıdır ki, döyüşdüyü yerlərə pulsuz getsin”
“Vətən Müharibəsi iştirakçılarının haqqıdır ki, döyüşdüyü yerlərə pulsuz getsin”
İşğaldan azad olunmuş ərazilərə səfərlərin təşkili ilə bağlı bu gün brifinq keçirilib. Həmin brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov çıxışı zamanı bildirib ki, şəhid ailələri, Milli Qəhrəmanlara bu səfərlərin biletləri pulsuz olacaq.

Hərbi-siyasi ekspert Elçin Axundzadə bu qərarla ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Vətən Müharibəsi iştirakçılarının bu siyahıya salınmaması heç də yaxşı hal deyil.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Bir neçə gün əvvəl də prezident açıqlamasında bildirmişdi ki, ictimai nəzarət olmalıdır. Bu o deməkdir ki, hər bir məmura, dövlət struktorlarına da nəzarət olmalıdır. Çünki hər bir məmur bilməlidir ki, qanuna kor-təbii qol çəkmək lazım deyil. Qanunu yazanda da, qol çəkəndə də bilməlidirlər ki, ictimaiyyət onlara nəzarət edəcək. Bu səbəbdən də məsuliyyət hiss etməlidirlər.

Belə bir qayda-qanuna qol çəkiblərsə, Vətən müharibəsi iştirakçılarına yer verməyiblərsə, bu çox acınacaqlı, qəbul olunmayan haldır. Hesab edirəm ki, həmin məmur işinin çoxluğundan bu məsələni yaddan çıxardıb. Çünki Vətən Müharibəsi iştirakçılarınında haqqıdır ki, döyüşdüyü yerlərə pulsuz getsin. Ən azından ona görə ki, onlar öz dostlarını, qardaşlarını orada itiriblər, qazilərə ön cəbhədən arxaya cəbhəyə keçməkdə köməklik göstəriblər, öz həyatlarını riskə atıblar. Orada iştirak etmək belə qəhəmanlıqdır. Onların günahı deyil ki, qazi ya şəhid ola bilməyiblər. Onlar da şəhidlərimiz, qazilərimiz kimi canlarını dövlətə, xalqa fəda deyib döyüşə yollanan insanlardır.

Əminəm ki, media işıqlandırdıqdan sonra Vətən Müharibəsi iştirakçıları da bu siyahıya əlavə olunacaqlar və onlara da güzəştlər olunacaq”,-deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »