Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda əkin sahələri sıradan çıxır: Kimdir günahkar?
Azərbaycanda əkin sahələri sıradan çıxır: Kimdir günahkar?

Şoranlaşma kənd təsərrüfatı torpaqlarının böyük problemlərindəndir. Belə ki, ölkədə kənd təsərrüfatı üçün yararlı torpaqlar 4755,5 min ha təşkil edir. Digər tərəfdən ümumi suvarılan ərazi 1435,2 min ha təşkil edir. Şoranlaşmış ərazilər isə suvarılan ərazinin 825,5 min ha-nı əhatə edir, bu da ümumi suvarılan ərazinin 57,7%-ni təşkil edir.

Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirlərindən zərər çəkən ölkələrdən biri olduğunu bildirərək qeyd etmişdi ki, bu amil şoranlaşma ilə bağlı müəyyən problemlərə səbəb olur. Buna görə də qabaqlayıcı tədbirlər görülməlidir. Belə ki, torpağın keyfiyyətinin yaxşılaşdırılması üçün ağaclar əkilməli, suvarmaya nəzarət edilməlidir.

Mütəxəssislərin fikrincə, Azərbaycanda torpaqların şoranlaşmasının əsas səbəbi elə fermerlərlə bağlıdır. Belə ki, torpaqların ifrat dərəcədə suvarılması torpağı şoranlaşdırır. Bu zaman həm su itkisinə yol verilir, həm də torpaq əkin sahəsi kimi sıradan çıxır.

Ekoloq Vaqif Əliyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, buna görə də fermerlər suvarma işləri apararkən damcı yolundan istifadə etməlidir: “Ancaq təəssüf olsun ki, bəzi ərazilərdə hələ də dədə-baba qaydası ilə selləmə üsulu ilə suvarma mövcuddur. Bu zaman torpaq qurunt sularına qarışır və keyfiyyəti dəyişir. Şoranlaşmış torpaqda əkin aparmaq mümükün olmur. Buna görə də torpaqlar “yatıma” qoyulmalıdır. Yəni torpaqlara ağaçlar əkilməli və suvarma edilməməlidir. Şoranlaşmış torpaq, 5-10 ilə əkin üçün yararlı sahəyə çevrilə bilər. Ancaq bu da həmin illər boyu məhsul itkisi deməkdir”.

Ekspert qeyd edir ki, şoranlaşma iki cür olur. Birinci növ şoranlaşma təbii şoranlaşmadır. Bu təbii səbəblərdən baş verir. Qurunt suları üzə çıxır. Şoranlaşma yavaş gedən prosesdir. Yəni torpaq zamanla şoranlaşır. İkinci növ şoranlaşma isə, qeyd edildiyi kimi insanların səbəb olduğu antropogen amillərdən qaynaqlanan şoranlaşmadır.

Ekoloq qeyd edir ki, torpağa çox su verən zaman su torpağın dərinliklərinə enir, qurunt sularına qarışır. Yerin altında olan duzları yerin səthinə çıxarır. Belə torpaqlar da genofonda zərər verir. Müxtəlif bitki növləri yoxa çıxır. Şoranlaşmış torpaq isə, yararsız torpağa çevrilir:

“Son zamanlar ərazaq qıtlığını, ərzaq məhsullarının sürətlə bahalaşması fonunda torpaqların şoranlaşmasının qarşısını almaq lazımdır. Şoranlaşmış torpaqlar kənd təsərrüfatı üçün yararlı torpağa çevrilsə, xarici ölkələrdən Azərbaycana ərzaq məhsullarının idxalı da azalar. Hər şey özümüzdən asılıdır”.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »