Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avtomobil idarə edərkən spirtli içki içmək asılılğın yaranmasına işarədir"
"Avtomobil idarə edərkən spirtli içki içmək asılılğın yaranmasına işarədir"

Ümumdünya Səhiyyə Təşkilatının 2016-cı il üçün hesabatına görə, 3 milyon nəfər spirtli içkilərdən dünyasını dəyişib. Bura saxta içkilərdən ölümlər də daxil edilir. Hesabatda əsas məqsəd isə, alkoqollu içkilərin aludəçilərinin saysız olduğunu dilə gətirməkdir.

Mütəxəssislərin fikrincə, gündə 1-2 qədəh spirtli içki ürək çatışmazlığı riskini aradan qaldırır. Bununla bağlı müxtəlif araşdırmalar da mövcuddur. Spirtli içki qəbulu tibbi olaraq gün ərzində qadınlar üçün 1, kişilər üşün isə 2 içkidir. Yəni bu gün ərzində bir şüşə pivə, bir qədəh şərab və ya 45 ml sərt içki ola bilər. İçki bu qədər qəbul edildiyi halda onun hansı növ spirtli içki olmasının heç bir önəmi yoxdur. Bəzi şəxslər pivəni zərərsiz bir içki kimi qəbul edir. Amma bu yalnış fikirdir.

Alkoqolizm nədir?

Alkoqolik deyilən zaman gözümüz önünə səhər-axşam spirtli içk içən insanlar gəlir. Amma spirtli içkinin problem halına gəlməsi üçün şəxsin mütəmadi olaraq içməsinə ehtiyac yoxdur. Psixiatr İkram Rüstəmov Bizimyol.info saytına müsahibəsində bildirib ki, fərd alkoqollu içkiləri zaman-zaman qəbul etsə belə bu o deməkdir ki, onun professional köməyə etiyacı var. Məktəbdə, işdə və ya evdə üstündə olan məsuliyyətləri mütəmadi olaraq etmirsə, onlardan boyun qaçırırsa, də, artıq spirtli içki öz təsirini göstərir. Çünki fərdlər ancaq spirtli içki səbəbilə işi və ya dərsləri təxirə sala bilər. Belə hal yaşanırsa, spirtli içki problem halını alır.

İkram Rüstəmov İkram Rüstəmov

“Sərxoş halda avtomobil idarə etmək, avtomobil idarə edə-edə spirtli içki içmək artıq şəxsdə alkoqollu içkiyə qarşı bir asılılğın yaranmasının işarəsidir. Əgər spirtli içki içdiyiniz zaman özünüzü yaxşı hiss etmirsinizsə, davalara qarışırsınızsa, siz müalicə üçün professional yardım almalısınız”,- deyən ekspert bildirib ki, şəxsdə bir neçə əlamət özünü biruzə edirsə, o artıq alkoqollu içki asılılığına düşüb:

  1. Düşündüyündən daha çox alkoqollu içki qəbul etmək. Məsələn, bir qədəhiçəcəyini düşünüb bir şüşə içmək.
  2. Tərgitməyi düşünüb, dəfələrlə tərgitməyə çalışdığı halda yenidən içmək. Belə şəxslər bir neçə gün və ya ay içməyib, sonra yenidən içməyə başlayarlar. Bunu “istədiyi zaman buraxa biləcəyinin” sübutu kimi göstərərlər.
  3. İçkiyə çox vaxt ayırarlar. Bazar günləri heç kimə hiss etdirmədən içərlər.
  4. İçki içməyə zaman ayıra bilmədiyi sosial fəaliyyətləri, hobbiləri və başqa zövq verən fəaliyyətləri azaldarlar.
  5. Spirtli içkiyə bağlı və ya spirtli içki ilə artan fiziki ( qaraciyər xəstəliyi, yüksək təzyiq, gastrit) və ya psixi (depressiya, yuxu pozulması) kimi problemlər yaşamasına rəğmən içməyə davam edərlər.
  6. Eyni təsiri əldə edə bilmək üçün içki miqdarını artırar, miqdarı artırdıqca təsirlənmə azalar.
  7. Spirtli içki içmədiyi zaman titrəmə, tərləmə, ürək döyüntüsünün artması kimi şikayətlər müşahidə edilərsə, bu şəxs artıq alkoqolik - yəni alkoqollu içki asılılığına düşüb.

Mütəxəssis qeyd edir ki, alkoqolizm xroniki və təkrarlayıcı xəstəlikdir. Xəstəlik artır və vəziyyət pisləşir. Ara-sıra öz-özünə yaxşılaşma müşahidə edilsə də, yenidən ortaya çıxır. Ara-sıra böhran vəziyyətləri yaşana bilər.

Psixatr qeyd edir ki, cəmiyyət alkoqollu içki aludəçiləri, ruhən zəif olduğunu düşünür. Bir çox alkoqolik də özünü belə görür. Ancaq alkoqolizm həm də şəxsin güc və iradəsini itirməsi deməkdir. Bir çox insanlar “help group”-lara qoşulur, müalicə olunmağa çalışırlar. Ancaq alkoqolizm şəxsin xəstə olduğunu qəbul etməklə bitmir. Bu “xəstə”, müalicə olunmağı da qəbul etməlidir.

Həkim bildirir ki, içki içməyi tərgidə bilmək uzun prosesdir. Və bəzən insanlar daxili orqanları sıradan çıxdıqdan sonra bu qərara gəlir. Bu zaman isə, artıq gec olur.

“Qaraciyər işlək vəziyyətini itirdikdən sonra spirtli içkidən imtina etmək heç nəyi dəyişmir. Bu səbəbdən də alkoqollu içkilərlə diqqətli davranmaq lazımdır. Bəzən az içən insan 3-4 il sonra alkoqolikə çevrilir. Sadəcə iradəli olmaq lazımdır” - deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »