Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Omicron" daha sürətlə yoluxur, lakin təsiri əvvəlkilərdən zəifdir
"Omicron" daha sürətlə yoluxur, lakin təsiri əvvəlkilərdən zəifdir

Honq-Konq alimləri "omicron" üzərində apardıqları elmi araşdırmalar nəticəsində bu variantın bronxları "delta"dan daha sürətli və effektiv yoluxdurduğunu, lakin ağciyərlərdə xəstəliyin şiddətinin daha az olduğunu açıqladılar.

Bizimyol.info xəbər verir ki, Honq Konq Universiteti Tibb Fakültəsi digər "COVİD-19" variantları ilə müqayisədə "omicron" variantının “infeksiya və xəstəliyin şiddətini” ölçmək üçün "MERS" virusu və qrip virusunda əvvəllər istifadə etdikləri texnikadan istifadə edərək elmi nəticələrə nail olub.

"Omicron"u ağciyər toxumasında uğurla təcrid edən elm adamları, onun orijinal "COVİD-19" virusu və "delta" variantından bronxlarda daha sürətli çoxaldığını aşkar etdilər.

"Omicron" variantı infeksiyadan 24 saat sonra "delta" variantından və "COVİD-19" virusundan təxminən 70 dəfə çox artır. Bununla belə, "omicron" ağciyər toxumasına 10 dəfə az təsir edərək xəstəliyin şiddətini azaldıb.

Nəticələri qiymətləndirərkən alimlər vurğulayıblar ki, insanlarda xəstəliyin şiddəti təkcə virusun özünü çoxalma effektivliyi ilə ölçülmür, həm də insanın immun reaksiyası ilə müəyyən edilir. “Daha çox insanı yoluxdurmaqla, yüksək yoluxucu virus, hətta virusun özü daha az patogen olsa belə, daha ciddi xəstəliklərə və ölümə səbəb ola bilər”, - deyə məlumatda bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »