Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vanqa 2022-ci il üçün nələri proqnoz edirdi
Vanqa 2022-ci il üçün nələri proqnoz edirdi

1911-ci ildə doğulan, Rusiya, Şərqi Avropa və region ölkələrində əfsanə kimi tanınan öncəgörücü Vanqanın 2022-ci il üçün proqnozları üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, bir çox mövzularda öncədən proqnoz verən, “Balkanların Nostradamusu” kimi tanınan Vanqa hələ kiçik yaşlarında görmə qabiliyyətini itirib. Vanqa, 1996-cı ildə döş xərçəngindən vəfat edib. Həmin vaxt baş tutan dəfn mərasimində dövlətin yüksək vəzifəli şəxsləri ilə yanaşı, böyük izdiham da iştirak edib.

Mütəxəssislər Vanqanın 2022-ci ilə dair proqnozlarını şərh ediblər. Həmin proqnozları təqdim edirik:

1 - Təbii fəlakətlər, zəlzələ və sunamilər

2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2022-ci il üçün də oxşar proqnoz verib.

Vanqa oxşar təbii fəlakətin Avstraliya ilə yanaşı bir çox Asiya ölkələrində də baş verəcəyini bildirib. Bu ərazilərdə daşqınların olacağı proqnozlaşdırılır.

2 - Ölümcül virus kəşf ediləcək

Korona virus epidemiyasının Omicron variantı ilə təsirini davam etdirdiyi bir vaxtda Vanqa yeni fəlakətin siqnalını verdi. Vanqa Sibirdə ölümcül bir virusun kəşf ediləcəyini proqnozlaşdırıb.

Donmuş ərazidə gizlənən ölümcül virusun qlobal istiləşmə ilə birlikdə ortaya çıxacağı qeyd edilib. Bu da virusun yayılacağı və tez nəzarətdən çıxacağı proqnozları arasındadır.

3 - İçməli su böhranı

Vanqanın gələn il üçün proqnozları arasında içməli su böhranı da var.

Vanqanın açıqlamalarına münasibət bildirən ekspertlər bir çox şəhərlərdə içməli su qıtlığının yaranacağını, əhalinin artması və çirklənmə səbəbindən su probleminin yaranacağını bildiriblər.

4 - Yadplanetlilər hücum edəcək

Bir müddətdir gündəmdə olan Oumuamua adlı meteorit öz forması və marşrutu ilə elm adamlarında maraq oyadıb. Vanqanın kehanetlərini şərh edənlər bu meteoritin yadplanetlilər tərəfindən göndərildiyini və Yerdəki həyatı öyrənmək üçün göndərildiyini ehtimal edirlər.

5 - Aclıq yaşanacaq

Vanqa dünyanın ən çox əhalisi olan ölkələrdən biri olan Hindistanda çox geniş miqyaslı qıtlığın olacağını açıqlayıb.

Vanqa Hindistanda temperaturun 50 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırdığı halda, məşhur kahinlərin çəyirtkə və buna bənzər canlıların tarlaları zəbt edərək məhsullara zərər verəcəyi ilə bağlı şərhlər edildi.

6 - Virtual reallıq gəlir

Bəzi ekspertlər Vanqanın “İnsanların bədəni dik olmayacaq, donqarlı olacaq” sözlərini də dəyərləndirib. Mütəxəssislər Vanqanın açıqlamalarını dəyərləndirərkən bunun virtual reallıq və insanların planşet və telefonlarının qarşısında ekran qarşısında çox vaxt keçirməsinin nəticəsi olacağını bildiriblər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »