Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı müğənni üç il ərzində Ukraynaya buraxılmayacaq
Rusiyalı müğənni üç il ərzində Ukraynaya buraxılmayacaq

Krıma qanunsuz səfər etmiş iki Rusiya vətəndaşına üç il müddətinə Ukraynaya giriş qadağası qoyulub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətiməlumat verib.

"Dövlət Sərhəd Xidmətinin əməkdaşları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirləri davam etdirirlər. Belə ki, iki əcnəbi, bir kişi və bir qadın - Rusiya Federasiyasının vətəndaşları Kiyevdə, paytaxt hava limanlarından birində buraxılış məntəqəsinin sərhədçiləri tərəfindən aşkar edilib.  Onlar Kiyevə Türkiyədən uçan təyyarə ilə gəliblər. Ruslara sərhədi keçmək icazəsi verilməyib və üç il müddətinə ölkəyə giriş qadağan edilib”, - bu barədə nazirlik ad və soyadları qeyd etmədən "Facebook" səhifəsində yazıb.

Sərhədçilər müəyyən ediblər ki, əcnəbilər Krım ərazisinə daxil olmaq, o cümlədən müxtəlif illərdə yarımadada keçirilən festivallarda iştirak etməklə qaydalarını pozublar. "Həmçinin müəyyən edilib ki, qadın rusiyalı müğənnidir, kişi isə müğənnilərin çıxışlarının təşkili ilə məşğuldur. Onlar Ukraynada konsert verməyi planlaşdırıblar", - deyə idarədən bildirilib.

Ehtimal ki, söhbət ifaçı Mariya Qusarovadan (Meri Qu) gedir. O, İnstaqramda Ukrayna sərhədçilərinin onun ölkəyə girişinə icazə vermədiyini bildirib. Onun fikrincə, qadağa “əsassızdır, heç bir sübut bazası yoxdur”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »