Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qasırğa səbəbindən ABŞ-da iki yüz min insan işıqsız qalıb
Qasırğa səbəbindən ABŞ-da iki yüz min insan işıqsız qalıb

Amerikanın şərq ştatlarını vuran qasırğa 200 min insanı işıqsız qoyub.

Bizimyol.info xəbər verir ki, bu barədə "FoxNews" telekanalı məlumat verib.

Telekanalın verdiyi məlumata görə, təxminən 138 min abonent Tennessidə, 72 minə yaxın Kentukkidə elektrik enerjisinin olmadığını bildirib.

Bundan əvvəl İllinoysda tornado Amazon onlayn pərakəndə satış şirkətinin anbarını uçurub, ən azı iki nəfər həlak olub. Binada 50-100 nəfər ola biləcəyi güman edilir.

Qasırğalar İllinoys, Missuri, Arkanzas, Kentukki və Tennessi də daxil olmaqla bir sıra Amerika ştatlarına fəsadlar yaradıb. Arkanzas ştatında qocalar evində baş verən fəlakət nəticəsində bir nəfər, Tennessi ştatında isə 3 nəfər ölüb. Kentukki qubernatoru Endi Beşir ABŞ-ın şərqində tornado nəticəsində bölgədə ölənlərin sayının 50-ni keçə biləcəyini deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »