Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Departament: Dövlət katibinin köməkçisi Moskvaya gedəcək
Dövlət Departament: Dövlət katibinin köməkçisi Moskvaya gedəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid Moskva və Kiyevə səfər edəcək, daha sonra Brüsseldə Aİ və NATO nümayəndələri ilə Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması məsələsini müzakirə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" Dövlət Departamentinə istinadən məlumat verib.

“Dövlət katibinin Avropa və Avrasiya Büroları üzrə köməkçisi Karin Donfrid yüksək vəzifəli rəsmilərlə görüşmək üçün dekabrın 13-15-də Kiyev və Moskvaya səfər edəcək”, - Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Dekabrın 15-16-da  Donfrid Brüsselə gedəcək, burada ABŞ-ın Aİ və NATO-dakı tərəfdaşları ilə Ukrayna ətrafında vəziyyətin diplomatik yolla nizamlanması səylərini müzakirə etmək üçün məsləhətləşmələr keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »