Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu Trampın onu tənqid etməsinə cavab verib
Netanyahu Trampın onu tənqid etməsinə cavab verib

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu bildirib ki, o, ABŞ-ın keçmiş prezidenti Donald Trampın fəaliyyətini yüksək qiymətləndirir.

Bizimyol.info xəbər verir ki, bu barədə "rianovosti" israilli siyasətçinin ofisinə istinadən xəbər verir.

Tramp Netanyahunu 2020-ci il ABŞ prezident seçkilərində qələbəsi münasibətilə Co Baydenə təbrik teleqramı göndərən ilk dünya lideri olduğuna görə təkir edib.

“Keçmiş baş nazir Benyamin Netanyahu Prezident Donald Trampın İsrail dövlətinin rifahı və onun təhlükəsizliyi naminə fəaliyyətini yüksək qiymətləndirir”, - deyə siyasətçisinin ofisindən bildirilib.

Qey edək ki, Tramp: “O vaxtdan bəri onunla danışmamışam. Lənət olsun", - deyən Tramp hələ də Netanyahunu siyasətçi kimi bəyəndiyini, "amma sədaqətə daha çox dəyər verdiyini" qeyd etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »