Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin bildirib ki, 90-cı illərdə hökumətdə ABŞ-ın agenti olub
Putin bildirib ki, 90-cı illərdə hökumətdə ABŞ-ın agenti olub

1990-cı illərin əvvəllərində Rusiya hökumətinin məsləhətçilərindən ən azı biri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin kadrı olub.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin şənbə günü "Rossiya-1" telekanalında fraqmenti nümayiş etdirilən "Rusiya. Yaxın tarixi" filminə müsahibəsində deyib.

“Bu məsləhətçilər arasında, məncə, ən az biri, ölkəsinin qanunlarına uyğun olaraq, kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan MKİ zabiti olub”, - Putin deyib. Prezidentin sözlərinə görə, iş sonda ABŞ-da məhkəməyə çevrilib və bu zaman məlum olub ki, bu adam MKİ-nin əməkdaşıdır.

Dekabrın 9-da Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası ilə görüşdə 1990-cı illərdə Rusiya hökumətinin əməkdaşları arasında MKİ nümayəndələri ilə bağlı analoji misal çəkib. Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının işlərinə qarışmaq cəhdlərinin yalnız bir nümunəsidir. Prezident o zaman da dedi ki, 2000-ci illərin əvvəllərində o, “onsuz da orada hamını təmizləmişdi”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »